İtaliyanın "İl Foglio" qəzeti: "Bakıdan dönə-dönə üzr istəyirik"

Dekabrın 22-də İtaliyanın "İl Foglio" qəzeti öz saytında "Bakıdan dönə-dönə üzr istəyirik" sərlövhəli material yerləşdirmişdir. Qəzet bir qədər əvvəl dərc etdiyi yalan və böhtan xarakterli yazıya görə Azərbaycanın birinci xanımından, Azərbaycan Prezidentindən və bütün Azərbaycan xalqından üzr istəyir. AzərTAc həmin təkzibi təqdim edir.
"İl Foglio": "Bakıdan dönə-dönə üzr istəyirik"
Çap edilmiş əsassız məqaləmizə görə Azərbaycanın birinci xanımına təkzib məktubu.
Dekabrın 3-də "İl Foglio" qəzetində Azərbaycan Respublikası Prezidentinin xanımının şəxsi həyatına aid dərc edilmiş qeyri-ciddi və böhtan xarakterli redaksiya məqaləsi Bakıda çox kəskin mənfi reaksiya doğurmuşdur və rəylərdən ibarət kiçik qəzetimiz bundan olduqca təəssüflənir. Bugünkü yazı ilə "İl Foglio" qəzeti Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı Mehriban xanım Əliyevadan, Azərbaycan Prezidenti İlham Əliyevdən, eləcə də həmin məqalədən birinci xanımın çox üzüldüyünü və onun nüfuzuna dəymiş zərərin ağırlığını bizə məktub və elektron poçtla bildirən bütün Azərbaycan xalqından üzr istəyir.
Biz bu cür qeyri-ciddi məqaləni dərc etmək istəməzdik və "Wikileaks" saytından təsdiq olunmamış informasiyadan istifadə etməklə ehtiyatsızlığa yol vermişik. Biz bu informasiyanın bloqlarda və saytlarda yayılmasını istəməzdik və məqalənin doğurduğu əks-sədaya görə təəssüflənirik.
Məqalə diqqətsizliyimiz üzündən dərc edilmişdir və səhvimizi etiraf edirik. Mənbələrin etibarsız və məqaləmizin mahiyyətcə iftira olduğunu, üslubunun həddindən artıq bayağılığını nəzərə alaraq, bu təkzibi müvafiq üzrxahlıqla dərc edirik.
Əminik ki, İtaliya və Azərbaycan xalqları arasında gözəl münasibətlər və qarşılıqlı rəğbət hissləri biz jurnalistlərin səhvinə görə bir an belə pozulmayacaqdır. Biz təkzib məktubumuzun sonunda böyük Azərbaycan şairi Məhəmməd Füzulidən bir misal gətirərək demək istəyirik ki, gəlin umu-küsüləri bir kənara atıb, soyuq qış günlərində bir-birimizi qəlbimizin hərarəti ilə isindirək.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında