Kəngərli rayonunun Şahtaxtı kəndində yeni sosial obyektlərin açılışı olmuşdur

Kəngərli rayonunun Şahtaxtı kəndində həkim ambulatoriyasının açılışı olmuşdur. Açılış mərasimində çıxış edən Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseyn Məmmədov rayonda səhiyyənin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulamış, əhalinin sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Şahtaxtı kənd mərkəzinin, həkim ambulatoriyasının, Qıvraq-Şahtaxtı yolunun, ticarət mərkəzinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək demişdir:
- Şahtaxtı dünyada məşhur Azərbaycan kəndlərindən biri kimi tanınır. Bu kənd ona görə tanınır ki, böyük şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin Azərbaycan dövlətçiliyinin qorunmasındakı xidmətləri, muxtar respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakı, ölkəmizdən kənarda siyasi fəaliyyətləri Şahtaxtını məşhurlaşdırıb. Onların bir hissəsi Şahtaxtinskilər soyadını daşıyır. Ona görə də Şahtaxtı kəndinin abadlaşdırılması, onun əvvəlki şöhrətinə uyğun görkəm alması üçün müəyyən tədbirlər görülüb.
Ali Məclisin sədri Şahtaxtı kəndində görülən işlərin təkcə son illəri əhatə etmədiyini, əvvəlki illərdə də quruculuq işlərinin aparıldığını, icra nümayəndəliyi, bələdiyyə binalarının yaradıldığını bildirərək demişdir:
- Kənd qazlaşdırılmış, abadlıq işləri həyata keçirilmiş, içməli və suvarma suyuna olan tələbatın ödənilməsi üçün tədbirlər görülmüş, məktəb tikilmiş, kəndin tanınmış simalarını təmsil edən Şahtaxtinskilər muzeyi yaradılmışdır. Bu gün isə kənd mərkəzi, həkim ambulatoriyası, yol, ticarət mərkəzi istifadəyə verilir. Yaradılanlardan isə səmərəli istifadə olunmalı, qurulanlar qorunmalı və abadlıq işləri davam etdirilməlidir. Dövlət orqanlarında çalışanlar, bələdiyyə üzvləri, kənd sakinləri abadlıq işlərində, torpaqların əkilib-becərilməsində fəal iştirak etməli, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Dövlət belə tədbirləri həyata keçirməklə kənd sakinlərinə problemlərini vaxtında həll etmək üçün şərait yaradıb, onlara qayğı göstərib. Şahtaxtı kəndində yaşayanlar bu qayğıdan səmərəli istifadə edərək həyat səviyyələrini yaxşılaşdırmaq üçün fəal olmalıdırlar.
Muxtar respublikanın elə bir kəndi yoxdur ki, ora dövlət qayğısı ilə əhatə olunmasın, lazımi tədbirlər həyata keçirilməsin, Şahtaxtı kəndində olduğu kimi müasir məktəb fəaliyyət göstərməsin. Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd orta məktəbi ilə Ukraynanın Kiyev şəhərində fəaliyyət göstərən və Zərifə xanımın adını daşıyan məktəbin əlaqələrinin yaradılması üçün muxtar respublikamıza gələn nümayəndə heyəti təəccübünü gizlədə bilmədi. Onlar səmimi etiraf etdilər ki, müasir məktəblə, ümumiyyətlə, muxtar respublikada belə yüksək səviyyədə işlərin görülməsi ilə qarşılaşacaqlarını gözləmirdilər. Şəkillər vasitəsilə həmin məktəblə tanış idik. Əminliklə deyə bilərik ki, Şahtaxtı kəndində olan məktəb Avropanın inkişaf etmiş ölkələrinin məktəbləri səviyyəsindədir. Müasir məktəb binası yaradılıb ki, tədrisin səviyyəsi yüksəldilsin, savadlı, ölkəsini sevən, vətənpərvər gənclər yetişdirilsin. Həkim ambulatoriyası istifadəyə verilir ki, orada çalışanlar əhaliyə keyfiyyətli tibbi xidmət göstərsinlər, insanların sağlamlığının qorunması təmin edilsin. Kənd mərkəzi istifadəyə verilir ki, burada fəaliyyət göstərən dövlət orqanları kəndin problemləri ilə vaxtında məşğul ola bilsinlər, onlara müraciət edən insanlara lazımi səviyyədə xidmət göstərsinlər. Ticarət mərkəzinin istifadəyə verilməsi ilə insanların gündəlik tələbatı ödəniləcək, kənd əhalisi vaxtından səmərəli istifadə edəcəkdir.
Ali Məclisin sədri yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini bir daha təbrik etmiş, kollektivlərə işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsilmiş, həkim ambulatoriyasına baxış olmuşdur. Şahtaxtı kəndində kənd mərkəzi və ticarət mərkəzi də istifadəyə verilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında