Alternativ turizmin inkişafı müzakirə edilmişdir

Ölkəmizdə son illərdə turizmin inkişafına daha önəmli diqqət yetirilir. Bu sahədə çalışacaq kadrların hazırlığı, yetişdirilməsi yönümündə Azərbaycan Turizm İnstitutunun üzərinə haha böyük vəzifələr düşür. İnstitut da öz növbəsində bu məsələlərin həlli sahəsində ardıcıl işlər aparır. Bu günlərdə təhsil ocağında "Alternativ turizmin inkişafı" mövzusuna həsr olunmuş konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq toplantıya dəvət olunanları və tədbir iştirakçılarını salamladı. Sonra ölkəmizdə mövcud turizm potensialının perspektivləri prizmasından rəhbərlik etdiyi ali təhsil ocağının strateji məqsədlərini tezis şəklində incələdi. Kütləvi turizmdən fərqli olaraq alternativ turizmin insanları bir-birinə yaxınlaşdıran, dostlaşdıran istirahət növü olduğunu xüsusi olaraq vurğuladı. Alternativ turizmə əsasən kiçik və orta sahibkarlıq müstəvisində fəaliyyət göstərən müəssisələrə, eləcə də, ailə və dostların təşəbbüsünə əsaslanan kənd turizmi, ekoturizm, macəra və digər növlərin daxil olduğunu bildirdi. Bu səyahətin ətraf mühitin qorunması, yerli milli adət- ənənələrin tanınması, xüsusilə, təbiətlə daha çox təmasda olmaq imkanını ehtiva etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sonra o, toplantıda dinləniləcək məruzə və çıxışlarda bu şərtlərin icra mexanizmi ilə bağlı təkliflərin səslənəcəyinə əminliyini bildirdi.
Konfrans iştirakçılarından Kristina Kazakova "Sağlamlaşdırma turizmində palçıq müalicəsinin rolu"na eyniadlı məruzəsində aydınlıq gətirdi. O, dünyadakı palçıq vulkanlarının təxminən yarısının Azərbaycanın payına düşdüyünü bildirdi. Palçıq vulkanlarının milli sərvətimiz kimi mühafizə olunmasının təsadüfi olmadığını xüsusi olaraq vurğuladı. Digər məruzəçi Aleksey Pankov isə "Tarixi dini abidələrin mühafizəsi"nə həsr olunmuş məruzəsində bu sahədə görülən tədbirlərdən danışdı. O, öz müşahidələrini belə yekunlaşdırdı ki, son vaxtlar dini-tarixi abidələrə turist axını güclənib. A. Pankov çıxışında həmçinin tövsiyə etdi ki, bu işin düzgün təşkili və həmin abidələrə maraq göstərən turistlərə daha yaxşı xidmət göstərmək məqsədilə yol göstəricilərinin, buklet və kitabçaların çap edilməsi zəruridir.
Nərgiz Quliyeva çıxış edərək muğam sənəti, onun nəsildən nəslə ötürülməsi və inkişafında YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xidmətini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı. Günay Məmmədli "Azərbaycanda xalçaçılıq sənəti və xalçaçılıq məktəbi" mövzusuna həsr etdiyi çıxışında maraqlı fikirlər səsləndirdi. O, qədim Azərbaycan xalçalarının Avropa rəssamlıq məktəbinə təsirini tutarlı faktlarla əsaslandırdı. Aida Bayramovanın çıxışı Azərbaycan ərazisində memarlıq abidələrinin mühafizəsinə həsr olunmuşdu. O, maraqla dinlənilən çıxışının sonunda belə bir təklif etdi: "Memarlıq abidələrinin yerləşdiyi ərazilərdə infrastrukturun yaradılması vacibdir, həmin ərazilərdə bələdçilik fəaliyyətinin təşkili, memarlıq abidələrinin yerləşdiyi ərazilərə turizm marşrutlarının daxil edilməsi daha məqsədəuyğundur".
Azərbaycan Turizm İnstitutunda "Alternativ turizmin inkişafı" mövzusunda keçirilən konfransda məruzələr və çıxışlar Azərbaycan, ingilis, alman, fransız, rus dillərində dinlənildi.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında