Qıvraq-Şahtaxtı yolu yenidən qurulmuşdur

Dekabrın 21-də Kəngərli rayonunda Qıvraq-Şahtaxtı yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yolun istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edərək demişdir: "Naxçıvan-Sədərək magistral yolundan Şahtaxtı Gömrük İdarəsinədək 7 kilometr asfalt örtüklü yol çəkilmiş, işıqlandırma sistemi quraşdırılmış, Qıvraq qəsəbəsindəki hərbi hissədən Naxçıvan-Sədərək magistralına qədər 2 kilometrə yaxın yol yenidən qurulmuş, 1,2 kilometr Şahtaxtı kənddaxili yollarına asfalt salınmışdır. Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq muxtar respublikamızda da yol infrastrukturunun yenidən qurulması sahəsində tədbirlər həyata keçirilir. Yeni yolların çəkilməsi, körpülərin tikilməsi, yolların yenidən qurulması əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bu yolun yenidən qurulması infrastruktur sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olmaqla bərabər, insanlara göstərilən dövlət qayğısının bariz nümunəsidir".
Məlumat verilmişdir ki, yolun eni 9 metr, asfalt örtüyünün qalınlığı isə 7 santimetrdir. Avtomobillərin rahat hərəkət edə bilməsi məqsədi ilə müasir tələblərə uyğun yenidən qurulan yolda yağış sularının kənarlaşdırılması üçün bütün texniki tədbirlər görülmüşdür.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında