MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin V iclası keçirilmişdir

Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
Tədbirə Estoniya, Litva və Latviya gömrük xidmətlərinin nümayəndələri müşahidəçi qismində qatılmışlar.
İclasın gündəliyinə 13 qərar layihəsinin müzakirəsi çıxarılmışdır. Bu qərar layihələri MDB-nin iştirakçı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin Katibliyi tərəfindən hazırlanmış, iştirakçı dövlətlərin gömrük xidmətləri ilə razılaşdırılmış və gömrük hüquqpozmaları ilə mübarizə üzrə idarə rəislərinin qərargahının və ekspertlərinin birgə iclasında işlənilmişdir.
İclasda Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsi rəisinin birinci müavini Viktor Vakulenko iştirakçı dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq- Mühafizə Bölmələri Başçıları Komitəsinin gömrük hüquqpozmaları ilə mübarizə üzrə idarə rəislərinin qərargahının rəhbəri, Rusiya Federasiyasının Federal Gömrük Xidməti Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin "M" xidməti rəisinin müavini Dmitri Kazmin isə MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq- Mühafizə Bölmələri Başçıları Komitəsinin məsul katibi vəzifəsinə təyin edilmişlər.
DGK-nın mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində "2011-2012-ci illər üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında gömrük hüquqpozmaları ilə mübarizə üzrə birgə Fəaliyyət Plan"ı imzalanmışdır.
Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev və Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Nikita Nikitin imzalamışlar.
İclasdan bir gün əvvəl Sankt-Peterburqda MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin gömrük hüquqpozmaları ilə mübarizə üzrə idarə rəislərinin qərargahının və ekspertlərinin birgə iclası da keçirilmişdir. Bu tədbirdə respublikamızı DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı və həmin qurumun məlumat və qeydiyyat bölməsinin rəisi Əzizağa Məcidov təmsil etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında