Azərbaycanda hərbi çağırışın əsasları ilə bağlı qanun layihəsinə dəyişikliklər ediləcəkdir

Azərbaycanda hərbi çağırışın əsasları ilə bağlı qanun layihəsinə dəyişikliklər və əlavələr ediləcəkdir. Hazırda qanun layihəsi üzərində iş aparılır.
Bu sözləri jurnalistlərə Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov söyləmişdir.
O demişdir ki, Azərbaycan müharibə şəraitində olan ölkədir və burada hərbi çağırışın əsasları elə qoyulmalıdır ki, insanlar müharibənin başlamasına daim hazır vəziyyətdə olsunlar. Bunun da əsası səfərbərlikdir.
S.Novruzov onu da bildirmişdir ki, xaricdə təhsil alanların, aspirantların hərbi xidmətə cəlb olunması məsələsi də yeni layihədə öz həllini tapacaqdır. Bununla yanaşı, mövcud qanunda elə müddəalar var ki, Hərbi Doktrina ilə uyğunluq təşkil etmir. Odur ki, ayrı-ayrı qanunlar da Hərbi Doktrinaya uyğunlaşdırılmalıdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında