TASAM-ın rəhbəri Strateji Araşdırmalar Mərkəzində olmuşdur

Dekabrın 21-də Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) rəhbəri Süleyman Şənsoy Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuşdur.
SAM-ın direktoru Elxan Nuriyev qonağa mərkəzin fəaliyyəti, o cümlədən nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat vermişdir.
SAM-dan bildirmişlər ki, söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilərək, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur. Yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsini əhəmiyyətli saymışlar. Elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri"nin elmi-tədqiqat sahəsində müxtəlif birgə layihələr həyata keçirmələrinin iki qardaş ölkə arasında təmasların daha intensiv xarakter daşıyacağına müsbət təsirindən danışılmışdır.
Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər, qarşılıqlı maraq kəsb edən bir sıra müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında