"Azərlotereya" təklif edir: Yeni ili xoş ovqatla qarşılayaq

"Azərlotereya" ASC-nin təşkil etdiyi oyunlarda uduşların sayı o qədər çoxdur ki, qaliblər haqqında məlumatları geniş ictimaiyyətə ayda, rübdə deyil, ən azı on gündən bir çatdırmaq lazım gəlir. Baxın, dekabrın ilk ongünlüyündə Şamaxı rayonu Çaylı kənd sakini Məmmədov Fikrətin "Piramida" lotereyasında udduğu 29000 manat, Lənkəran rayonu Mamusta kənd sakini Şabanzadə İlqarın "Taleh açarı" lotereyasında udduğu Bakı şəhərində 3 otaqlı mənzil, Bakıdan Həsənov Hikmətin "Şans" lotereyasında udduğu Volkswagen "Passat" avtomobili, Quba rayonu Barlı kənd sakini Şəfaqətov İsanın "Ailə sevinci" lotereyasında udduğu 12020 manat haqqında məlumatların həyəcanı keçməmiş, çoxsaylı AzTV tamaşaçıları canlı yayımda "Avto Şou" lotereyasının yeni qaliblərinin sevincinə şərik oldular. Şəkidən Səmədov Cəsarət Fərrux oğlu Toyota "Corolla", Bakıdan Abdullayeva Şayəstə Mikran qızı və İmişlidən İsmailov Əli Zeynal oğlu Kia "Rio", Gəncədən Rzayev Ramil Nəbi oğlu, Yevlaxdan Şöyübov Bəxtiyar Vahid oğlu, Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan Nadirov Kamal Fizuli oğlu, Bakıdan Şirinova Günay Nuru qızı və Abdulov İlqar Mehdi oğlu isə VAZ-2107 avtomobillərinə sahib oldular. Bu dövrdə "Avto Şou"- dan 5000 manat udan Bakı sakini Həsənov Mais Xanmirzə oğlu, 3000 manat udan Bakı sakini Kərimova İradə Ağa Əli qızı və 2000 manat udan Bərdə rayon sakini Ələsgərov Fərhad Aydən oğlu da uduş sevincini daddılar. Bütün qaliblərə "Xeyirli olsun!" deyirik.
Dekabr ayının keçən iki ongünlüyündə uduşlar təkcə bu siyahı ilə bitmir. Buraya "Ailə sevinci" və "Yeni binqo" oyunlarında udulan 6 ədəd Nissan "Sunny" avtomobilini, 1000 manatdan 5000 manatadək məbləğində onlarca pul uduşlarını əminliklə əlavə etmək olar. Bu günlərdə "5/36" lotereyasında 001357 və 004345 saylı biletlərin sahibləri "Cek pot"-u udmaqla hərəyə 7350 manat qazandılar. Yəqin ki, oxucularımız növbəti yazılarda bu qalibləri də tanıyacaqlar.
Dekabr ayının uduşları sadalananlarla bitmir. Ayın və həm də ilin başa çatmasına cəmisi on gün qaldı. Bu on gündə lotereya həvəskarlarını nə gözləyir? Əvvəla, ənənəvi "Ailə sevinci" və "Yeni binqo" lotereyalarına baxaq. 3 ədəd 100% uduşlu Nissan "Sunny" avtomobili, Toyota "Prado", "Mercedes", Hyundai "Sonata" avtomobilləri, 95 000 manat məbləğində "Meqa pot", 75000 manat məbləğində "Binqo prizi", neçə-neçə irili xırdalı pul uduşları, "Piramida" lotereyasından 18 000 manat "Cek pot" və.... Bir neçə gündən sonra, dekabrın 25-də "Avto Şou"-nun bayram buraxılışında sizi Toyota "Prado", Toyota "Corolla", Kia "Rio" və VAZ-2107 avtomobilləri gözləyir. Dekabr ayının 29-da "Qış möcüzəsi" lotereyasında iri pul uduşları ilə yanaşı 100% uduşlu KİA "SPORTAGE" avtomobili sizin üçün ən gözəl yeni il hədiyyəsi ola bilər.
Bir qayda olaraq lotereya oyunlarında tirajın nömrəsi, keçirilmə tarixi qeyd olunur və minlərlə insan tirajı izləyir, hansı nömrəli biletin nə udduğunu görür, bilir. "Azərlotereya" ASC-nin təşkil etdiyi oyunlar içərisində "Şans" ani lotereyasının xüsusi yeri var. Burada uduş bir an içərisində baş verir. Təsəvvür edin ki, Siz təkcə oturmusunuz, biletin üzərindəki sahəni pozur və rəqəmlərin kombinasiyalarını görən kimi bir anlıq sevincdən nə edəcəyinizi bilmirsiniz.
Gəlin bu unudulmaz hissləri yaşayan insanlarla tanış olaq. "Şans" ani lotereya oyunu başlayandan bəri irili-xırdalı minlərlə pul uduşlarına sahib olanlarla yanaşı, İsmayılov Kəramət Rəsul oğlu, Doronin Andrey Vitalyeviç və Məmmədova Aynurə Akif qızı hərəyə 10 000 manatın, Abdullayev Ənvər Qara oğlu 20 000 manatın, Həsənov Hikmət Ağamirzə oğlu və Süleymanov Ayaz Salam oğlu isə Volkswagen "Passat" avtomobilinin sevincini yaşayıblar. Oxucuların nəzərinə çatdırmaq istərdik ki, satış məntəqələrindən "Şans" lotereyasını əldə etməklə çoxsaylı xırda (100, 200, 500 manat daxil olmaqla) uduşlarla yanaşı, hazırda hələ də udulmamış 2 ədəd 10 000 manat, 1 ədəd 20 000 manat və möhtəşəm Volkswagen "Touareg" avtomobilinə sahib ola bilərsiniz.
Gördüyünüz kimi, lotereya həvəskarlarının Yeni ili daha xoş ovqatla qarşılamaq imkanı var. "Azərlotereya" ASC yeni ildə sizin hər birinizə bu imkanların reallaşmasını, bol-bol şanslar, uduş ovqatı və sevinc payı arzulayır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında