Atəşkəs rejimini qorumaq barədə əldə edilmiş son razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri təxribatları davam etdirməkdədir

Atəşkəs rejimini qorumaq barədə əldə edilmiş son razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri təxribatları davam etdirməkdədir. Belə ki, dekabrın 17-si saat 21.30 radələrində düşmən tərəfindən atılan artilleriya mərmisi cəbhədə vəziyyəti yenidən gərginləşdirmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aparılan araşdırmalar nəticəsində aydın olmuşdur ki, Tərtər rayonunun işğal altında olan Talış yaşayış məntəqəsinin 2,5 kilometr qərb istiqamətindəki mövqelərdən düşmənin "BM 21" qrad qurğusundan atdığı 122 millimetrlik reaktiv qəlpəli fuqas mərmisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Borsunlu yaşayış məntəqəsinin yaxınlığına düşmüşdür. Mərminin 15-16 kilometr uzaqlıqdan buraxıldığı ehtimal edilir. Gecə olduğundan, onun uçuş izi alova görə müşayiət olunmuşdur. Mərminin partlayış səsi və zərbə dalğası ətraf yaşayış məntəqələrində hiss edilsə də, zərər çəkən olmamışdır.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqların gərgin vəziyyətdə olduğu bir zamanda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini bu cür kobud şəkildə pozması heç də yaxşı nəticələrə gətirib çıxarmayacaqdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında