Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir.
İclasda vətəndaş N.Cəbrayılovanın şikayəti üzrə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2010-cu il 2 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Cavabverən orqan - Azərbaycan Respublikası Ali Məhkəməsi işin baxılma tarixi və yeri barədə əvvəlcədən yazılı xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə bu qurumun iştirakı olmadan baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçinin və onun nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, N.Cəbrayılovanın yaşayış sahəsindən istifadə hüququnun tanınması, qeydiyyata alınma və mənzilə köçürülmə iddiasına dair Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2010-cu il 2 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə, Mülki Məcəllənin 228.5-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 416-cı, 417.1.4-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında