Hakimliyə namizədlərin sənədlərinin növbəti qəbuluna başlanılmışdır

Prezident İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarının icrası çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf, müasir beynəlxalq tələblər səviyyəsində seçilməsi qaydası müəyyən olunmuşdur.
Hakimlərin Seçki Komitəsindən bildirmişlər ki, yeni prosedurlar əsasında son 3 ildə 2 min 200 namizəd sırasından 235 nəfər, o cümlədən cari ildə 78 yüksək hazırlıqlı hüquqşünas seçilərək nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə uzunmüddətli təlimlər, məhkəmələrdə, habelə xarici dövlətlərdə təcrübə keçdikdən sonra dövlətimizin başçısı tərəfindən hakim vəzifələrinə təyin edilmişdir.
Hakimlərin Seçki Komitəsinin iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilmiş və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınmışdır.
Hakimliyə namizədlərin sənədləri 2010-cu il dekabrın 21-dən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcəkdir (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Hakimlərin Seçki Komitəsinin inzibati binası).
İmtahanların keçirilməsi tarixi, yeri, qaydası və digər məsələlər barədə əlavə məlumat veriləcəkdir.
Əlaqə telefonu: 510-22-97; 510-21-62 (www.jlc.gov.az).{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında