"Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə" elmi-nəzəri və praktiki jurnalın növbəti nömrəsi çapdan çıxmışdır

Demokratik cəmiyyətdə dövlət idarəçiliyinin və özünüidarəetmənin nəzəriyyəsi və praktikası üzrə tədqiqatlar toplusu olan "Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə" elmi-nəzəri və praktiki jurnalın 2010-cu ildə 3-cü nömrəsi çapdan çıxmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən nəşr edilən və redaksiya şurasının sədri, akademik Ramiz Mehdiyev olan jurnalın bu nömrəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin iyul-avqust-sentyabr aylarında fəaliyyətinin qısa xronikası ilə açılır.
Növbəti rubrikada Azərbaycan Prezidentinin rəsmi qəbulları, sonrakı bölmədə dövlətimizin başçısının Zaqatala, Balakən, Qusar rayonlarına, Ukrayna, Gürcüstan, Türkiyə və ABŞ-a işgüzar, Özbəkistana rəsmi səfərləri haqqında materiallar öz əksini tapmışdır.
Növbəti bölmədə dövlətimizin başçısının nitqləri, çıxışları, bəyanatları və müsahibələri yer almışdır.
Jurnalın səhifələrində dövlət xadimləri, politoloqlar, iqtisadçılar idarəetmənin geniş, çoxpilləli sahələri ilə bağlı fikir və mülahizələrini söyləmiş, Azərbaycanın geosiyasi, geoiqtisadi vəziyyəti və bu istiqamətdə qarşıda duran qlobal problemlər öz əksini tapmışdır.
Elmi-nəzəri nəşrdə Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbirlər - yeni dərs ilinin başlanması, Elmi Şuranın iclası, müdavimlərlə görüş, müxtəlif konfranslara dair materiallar da əksini tapmışdır. Dövlət İdarəçilik Akademiyasının beynəlxalq əlaqələri, xarici elm ocaqlarının, səfirliklərin nümayəndələri ilə keçirilmiş görüşlər isə "Dövlət İdarəçilik Akademiyasının qonaqları" rubrikasında verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, nəşrin redaktor müavini, professor Əlikram Abdullayev demişdir ki, yüksək poliqrafik tərtibatı ilə seçilən "Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalı ənənəsinə sadiq qalaraq bu nömrəsində də ölkəmizin dövlət idarəçiliyi sahəsində qazandığı uğurları elmi-nəzəri və təcrübi baxımdan ümumiləşdirməyi, idarəetmə mexanizminin mahiyyətini, onun çoxşaxəli anlayış olduğunu, demokratik quruculuq prosesində idarəetmə prinsiplərindən düzgün istifadə etməyi göstərən materiallara geniş yer vermişdir. Düşünürəm ki, jurnalın bu nömrəsi də oxucuların marağına səbəb olacaqdır.
Professor Ə.Abdullayev bildirmişdir ki, jurnalın bu nömrəsində gedən rəsmi materialları psixologiya elmləri namizədi, dosent B.Haqverdiyev, siyasi elmlər namizədi, dosent E.Əhmədov, tarix elmləri namizədi, dosent E.Nəsirov, beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının əməkdaşı F.Şammədov AzərTAc-ın materialları əsasında hazırlamışlar. Məqalələrin ingilis dilində xülasələrini baş müəllim Z.Abdullayeva redaktə etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında