Pakistanda dərc olunan "The Diplomatic İnsight" jurnalında Azərbaycan haqqında geniş məlumat verilmişdir

Pakistan İslam Respublikasında ingilis və ərəb dillərində dərc olunan nüfuzlu "The Diplomatic İnsight" jurnalının 2010-cu ilin dekabr ayındakı xüsusi buraxılışında Azərbaycanla bağlı geniş məqalə dərc olunmuşdur.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, məqalədə ölkəmizin tarixi, siyasi sistemi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda insan hüquqlarının, media və vətəndaş cəmiyyətinin inkişafı, Heydər Əliyev Fondunun fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Jurnalda Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğu, min ilə yaxın bir dövr ərzində Qafqaz və Yaxın Şərqin türk sülalələri tərəfindən idarə olunduğu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar sülalələrinin Azərbaycan türkü olduqları, daha sonra çar Rusiyasının XIX əsrdən başlayaraq Araz çayından şimaldakı Azərbaycan torpaqlarını işğal etdiyi qeyd olunmuşdur.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınmış, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi oxucuların diqqətinə çatdırılmışdır. Münaqişənin tarixi və hüquqi cəhətlərinə toxunularaq bildirilmişdir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və ənənəvi olaraq bu diyarı Azərbaycan türklərinə mənsub sülalələr idarə etmişlər.
Məsələnin hüquqi tərəfi də məqalədə izah edilmişdir. Belə ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurasının, İslam Konfransı Təşkilatının, Avropa Şurasının və Avropa Parlamentinin qətnamələrində öz əksini tapmış və erməni işğalçılarından bu torpaqlardan geri çəkilməsi tələb edilmişdir. Lakin təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq sülh əleyhinə siyasətini davam etdirir.
Məqalədə Azərbaycanın insan hüquqları və demokratiya, habelə media azadlığı sahəsində əldə etdiyi uğurlardan bəhs olunmuşdur. 1993-cü ildə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində bütün sahələrdə sürətlə inkişaf etdiyi, 2001-ci ilin yanvarında Avropa Şurasının tamhüquqlu üzvü olduğu barədə dolğun məlumat verilmişdir. 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın demokratiya, insan hüquqları, qanunun aliliyi prinsiplərinə təminat verdiyi, 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə media üzərində senzuranın ləğv edildiyi vurğulanmışdır.
Jurnalda Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar olunması yolunda önəmli addım atıldığına bariz nümunə olduğu, fondun ölkə daxilində və beynəlxalq aləmdə çox mühüm layihələri reallaşdırdığı bildirilmişdir. Heydər Əliyev Fondunun 2005-ci ildə Müzəffərabad şəhərində baş vermiş zəlzələ nəticəsində tamamilə dağılmış bölgədə Rara Qızlar Məktəbini tikməsi ümumilikdə Pakistan təhsilinə dəstək kimi qiymətləndirilmişdir. "The Diplomatic İnsight" jurnalında Azərbaycanın siyasi sistemi haqqında da məlumat verilmiş, demokratik prinsiplərə, müasir və milli dəyərlərə əsaslanan Konstitusiyanın ölkənin idarəçiliyində rəhbər tutulduğu, hakimiyyətin xalq tərəfindən seçkilər vasitəsilə formalaşdırıldığı ətraflı izah edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında