Nazirlər Kabineti bir neçə qərar qəbul etmişdir

Dekabrın 17-də Azərbaycan Respublikasının Nazirlər Kabineti bir neçə qərar qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli fərmanına əsasən Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri"ni və "Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi Qaydası"nı təsdiq etmişdir.
Nazirlər Kabineti, həmçinin İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında da qərar qəbul etmişdir. Qərarda göstərilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq, turizm və xidmət sahələri üçün ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədi ilə Təhsil Nazirliyinin İsmayıllı peşə məktəbi ləğv edilsin və Təhsil Nazirliyinin İsmayıllı Peşə Tədris Mərkəzi yaradılsın. Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.
Hər üç qərar imzalandığı gündən qüvvəyə minir.
Nazirlər Kabinetinin qərarlarının tam mətni ilə www.cabmin.gov.az ünvanlı internet saytında tanış olmaq mümkündür. Eyni zamanda, Nazirlər Kabinetinin bu qərarı Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc olunacaqdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında