2010-cu il məhkəmə sisteminin müasirləşdirilməsi baxımından əlamətdar olmuşdur

Dekabrın 18-də Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin ümumi yığıncağı olmuşdur.
Birliyin sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov qurumun il ərzində gördüyü işlər barədə məlumat vermiş, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən uğurla aparılan məhkəmə-hüquq islahatlarının konkret nəticələrindən danışmışdır. Qeyd etmişdir ki, Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə yeni - regional ağır cinayətlər və iqtisadi-inzibati məhkəmələr yaradılmış, hakimlərin sayı artırılmış, onların iş şəraiti yaxşılaşdırılmış, yeni məhkəmə binaları tikilmişdir. Hazırda Oğuz, Gədəbəy, Nizami (Gəncə) və Yasamal rayon məhkəmələri üçün binalar inşa olunur. Dövlət qayğısı, o cümlədən məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində 2010-cu il ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi baxımından əlamətdar olmuşdur.
Natiq ictimai birliyin beynəlxalq əlaqələrindən də söz açmış, məlumat vermişdir ki, Fransa, Almaniya, Türkiyə, Litva, Estoniya, Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan hakimlər assosiasiyaları ilə sıx əlaqələr yaradılmışdır. Qurumun nümayəndələri bu ilin iyununda Tbilisidə Gürcüstan Hakimlər Assosiasiyasının və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı ilə "Hakimlərin peşəkar birliyi" mövzusunda "dəyirmi masa"da iştirak etmişlər. Üç Cənubi Qafqaz ölkəsinin, Almaniya, Ukrayna, Moldova, Polşa və Estoniya təmsilçilərinin iştirak etdiyi bu tədbirin yekununda Bəyannamə qəbul edilmişdir. Oktyabrda Tbilisidə Ukrayna Hakimlər Birliyinin təşəbbüsü ilə təklif olunan "Çoxtərəfli əməkdaşlığa dair anlaşma memorandumu" müzakirə edilərək, Ukrayna, Polşa, Estoniya, Qazaxıstan və Ermənistanın hakimlər birlikləri tərəfindən imzalanmışdır. Həmin sənədin bir neçə maddəsi tərəflərin üzərinə öhdəliklər qoyduğu üçün Azərbaycan nümayəndəsi Ermənistanın imzaladığı memoranduma qoşulmağı məqsədəuyğun saymamışdır.
Ə.Cəfərov ictimai birlik adından dövlət başçısını əmin etmişdir ki, hakimlər ölkəmizdə insan hüquqlarının daha etibarlı qorunması, ədalət mühakiməsinin keyfiyyətli və səmərəli şəkildə həyata keçirilməsi sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da səylərini əsirgəməyəcəklər.
Ali Məhkəmənin hakimləri Tapdıq Mahmudov, Vafəddin İbayev, Kəpəz Rayon Məhkəməsinin sədri Vəli Abdullayev, Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinov çıxış etmiş, Avropa İnsan hüquqları Konvensiyası, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, cinayət prosesində məhkəmə nəzarətinin həyata keçirilməsi sahəsində problemlər, məhkəmə qərarlarının icrasına hakim nəzarəti və hakimin məsuliyyəti və s. barədə fikir mübadiləsi aparmış, təcrübələrini bölüşmüşlər.
Xarici ölkələrdə ezamiyyətdə olmuş hakimlər qabaqcıl dünya təcrübəsi və məhkəmə fəaliyyəti sahəsində yeniliklərdən danışmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında