Qaçaqmalçılıq hallarının qarşısı qətiyyətlə alınır

Milli Təhlükəsizlik Nazirliyi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində, FZ705 saylı Dubay-Bakı aviareysi ilə Birləşmış Ərəb Əmirliklərindən Bakı şəhərinə gəlmiş Azərbaycan Respublikası vətəndaşı Hüseynov Elvin Elmar oğluna məxsus olan qara rəngli, üzərində "LİMA" və tünd qəhvəyi rəngli, üzərində "POLO SPORTS" sözləri yazılmış çamadanlara gömrük baxışı keçirilərkən onların boru şəkilli metal tutacaqlarında gömrük nəzarətindən gizlədilmiş 18 ədəd kiçik şəffaf selofan paketlərə qablaşdırılmış müxtəlif ölçülü, ümumi çəkisi 360,8 qram (1804 karat) olan brilyant qaşlar aşkar edilərək götürülmüşdür.
İran İslam Respublikasından və Türkiyədən mobil telefonların qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə Bakıya gətirilməsi haqqında daxil olmuş məlumata əsasən, 254 saylı Naxçıvan-Bakı aviareysi ilə gələn və nəzarətə götürülən təyyarədən yüklər boşaldılarkən fəhlə Mustafayev Bəhruz Aydın oğlu tərəfindən salondan aşağı endirilən Azərbaycan Respublikası vətəndaşı Sadıqov Pərvin Ağasəf oğluna məxsus olan 2 ədəd, üzərində "AHMAD TEA London" sözləri yazılmış qutu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən idarənin inzibati binasına gətirilmiş və hal şahidlərinin iştirakı ilə onlara baxış keçirilmişdir. Baxış zamanı qutuların birindən 28 ədəd "Samsung GT-C5212", digərindən isə 28 ədəd "Samsung-S5230" markalı, idxal sənədləri olmayan mobil telefonlar və aksessuarları aşkar olunaraq protokollaşdırılıb götürülmüşdür.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 705 saylı Dubay-Bakı aviareysi ilə uçub gəlmiş Azərbaycan Respublikası vətəndaşı Şərifova Zenfira Mir Əhməd qızının üstündə aparılan şəxsi yoxlama zamanı ondan 2 ədəd sarı rəngli kiçik həcmli bükülülər aşkar edilmişdir. Həmin bükülülərin içərisində müxtəlif ölçülərdə ümumi xalis çəkisi 97 qram (485 karat) brilyant qaşlar aşkar olunmuş, protokollaşdırılaraq götürülmüşdür.
UZB 755 saylı Daşkənd-Bakı aviareysi ilə uçub gələn Özbəkistan Respublikası vətəndaşı Faxritdinova Şoxista Djalodinova Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual zamanı üzərində və əl yükündə aparılan gömrük nəzarətinin müstəsna forması olan şəxsi yoxlama zamanı əynindəki gödəkçənin döş nahiyəsindəki cibində olan bükülünün içərisindən bəyan etmədiyi və ümumi çəkisi təxminən 7 qram olan selofanlara qablaşdırılmış qiymətli daşlar aşkar olunmuşdur. Sonra isə Ş.D.Faxritdinovanın əl yüklərinə baxış zamanı oradan bəyan etmədiyi və üzərində şəffaf daşlar, çəkisi təxminən 13 qram olan 3 ədəd üzük və qara, şəffaf daşlarla bəzədilmiş, çəkisi təxminən 47 qram olan 1 ədəd boyunbağı aşkar olunmuşdur. Aşkar olunan əşyalar protokollaşdırılıb götürülmüşdür.
FZ 705 saylı Dubay-Bakı aviareysi ilə gələn Əliyev Maqomed Əliyeviç gömrük nəzarətindən keçərkən ona məxsus olan 2 ədəd qara rəngli əl çantasına və 1 ədəd karton qutusuna Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı M.Ə.Əliyevə məxsus olan 1 ədəd "Samsung CLX-3175" markalı printer aparatının içərisində gizlədilmiş 5 ədəd "Nokia-6700" markalı mobil telefonlar, 148 ədəd ötürücü, 98 ədəd "Mikro SD 2GB", 50 ədəd "Mikro SD 1GB" yaddaş kartları və həmin qutunun içərisinə yığılaraq bəyan edilməyən "Nokia 6700" markalı telefonlara aid olan boş qutular və aksessuarlar, 100 ədəd 8 GB, 24 ədəd 16 GB, 25 ədəd 2 GB, 47 ədəd 4 GB "SanDisk" markalı yaddaş kartları, 41 ədəd 2 GB, 2 ədəd 2 GB, 7 ədəd "Siyoteam" markalı kart oxucular, 5 ədəd "LB-160", 5 ədəd "LB-06" qulaqçıqlar aşkar edilərək protokol əsasında götürülmüşdür.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, "Moskva-Naxçıvan" aviareysi ilə Rusiya Federasiyasından Naxçıvan Muxtar Respublikasına, sonradan isə "Naxçıvan-Bakı" aviareysi ilə Bakı şəhərinə mənşəyi məlum olmayan ətriyyat və kosmetik vasitələri gömrük rüsumundan yayınaraq qeyri-qanuni yolla gətirən şəxslərin yaxalanması məqsədilə 256 saylı "Naxçıvan-Bakı" aviareysi ilə gələn yükü qarşılayan Azərbaycan Respublikası vətəndaşı Mahmudov Elşən Sadəddin oğlundan idxal sənədləri olmayan 2 ədəd qara selofana bükülmüş, boz rəngli iri həcmli çantaların içərisində olan, üzərində "Mary Kay" sözləri yazılmış 13 ədəd karton qutuda "Mary Kay" firmasında istehsal olunmuş 73 adda, müxtəlif çeşiddə ətriyyat malları və kosmetik vasitələr aşkar edilərək protokol əsasında götürülmüşdür. Qutuların içərisindən çıxan və Moskva şəhərində tərtib edilmiş mal-nəqliyyat qaimələrindən məlum olmuşdur ki, aşkar edilən ətriyyat malları və kosmetik vasitələr Rusiya Federasiyasından gətirilmişdir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, bütün faktlarla bağlı təhqiqat aparılır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında