Dövlət Sərhəd Xidmətinin Türkan qəsəbəsində Xidməti Heyvanlar Mərkəzinin açılışı olmuşdur

Dekabrın 17-də Dövlət Sərhəd Xidmətinin Türkan qəsəbəsində Xidməti Heyvanlar Mərkəzinin açılışı olmuşdur. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı general-leytenant Elçin Quliyev iştirak etmişdir.
Dövlət sərhədlərimizin mühafizəsi işində xidməti heyvanlar mühüm rol oynayırlar. Sərhədçilər Vətənimizin hüdudlarının qorunmasında, partlayıcı maddələrin və narkotik vasitələrin tapılmasında, xüsusi təyinatlı tapşırıqların həll olunmasında xidməti itlərdən istifadə edirlər. Mərkəz dövlət sərhədinin mühafizəsində bu sahədəki qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsində, dövlət sərhədini pozan şəxslərin axtarılması və tutulmasında, terror və təxribat vasitələrinin aşkar edilməsində, obyektlərin mühafizəsi və digər tapşırıqların yerinə yetirilməsində mühüm rol oynayacaqdır.
Yeni istifadəyə verilən mərkəz bütün tələblərə cavab verir. Burada yataqxana, yeməkxana, hamam, hər cür şəraiti olan qərargah binası, aptek, laboratoriya, fotolaboratoriya, rentgen və həkim otaqları, fizioterapiya, cərrahiyyə də daxil olmaqla xidməti heyvanların müayinəsi və müalicəsi üçün 17 otaqlı baytarlıq məntəqəsi, verilən qidaların hazırlanması üçün mətbəx, itlərin saxlanması üçün yerlər, qazanxana, təlim şəhərciyi və digər xüsusi tikililər vardır.
Tədbir iştirakçıları yeni obyektlə tanışlıqdan sonra təlim şəhərciyində praktik təlimlərə baxmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında