"İlin Şirkəti" Milli Mükafatının laureatlarının adları açıqlandı

Dekabrın 18-də, hər il təqdim olunan "İlin Şirkəti" Milli Mükafatının laureatlarının adları açıqlandı. Bu il nüfuzlu mükafata layiq görülmüş 33 laureat arasında Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin nümayəndələrinin adı var. Mükafatın təqdimatının Baş Sponsoru qismində Nar Mobile çıxış edirdi.
"Gülüstan" sarayında keçirilmiş təntənəli mərasimin iştirakçılarına müraciət edən, mükafatın təşkilat komitəsinin sədri İbrahim Baharov qeyd etdi ki, bu nüfuzlu mükafat, 2010-cu ilin nəticələri üzrə böyük nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunub. "Biz mükafatın əsas məqsədini Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasında, eləcə də milli biznesin müsbət imicinin formalaşmasında görürük. "İlin Şirkəti" Mükafatının laureatlarından bir çoxu təkcə Azərbaycanın yox, həmçinin bütünlüklə Cənubi Qafqazın və Xəzəryanı regionun ən böyük şirkətləridir", - deyə İ.Baharov qeyd etdi.
"İlin Şirkəti" Milli Mükafatını, MINIMAX MEDIA HOLDING tərəfindən nəşr olunan aylıq "Consulting & Business" aparıcı analitik informasiya jurnalı 2006-cı ildə təsis edib.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında