"İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində seminar

Dekabrın 17-də İctimai Televiziya və Radio Yayımları Şirkətində YUNESKO və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində seminar keçirilmişdir.
Seminarın açılışında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, tədbirin məqsədi qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrlarının hazırlanmasına dəstək vermək, mövcud sahədəki bəzi neqativ tendensiyaların aradan qaldırılmasına səmərəli təsir göstərməkdir. Son illər dünyada baş vermiş qlobal ekoloji dəyişikliklər insanların sağlamlığına və ətraf mühitə öz mənfi təsirini göstərmişdir.
Ekspertlərin hesablamalarına görə, inkişaf etmiş ölkələrdə ekoloji problemlər özünü daha qabarıq göstərir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ekoloji problemlərin aradan qaldırılması və onların həlli yollarının öyrənilməsinin çox vacib olduğunu demişdir. Bildirmişdir ki, Azərbaycanda dövlət tərəfindən ekologiya sahəsinə xüsusi diqqət yetirilir. 2010-cu ilin "Ekologiya ili" elan olunması bunun bariz nümunəsidir. Ölkəmizdə ekoloji tarazlığın və ətraf mühitin qorunması ilə bağlı çox ciddi və təqdirəlayiq işlər görülür.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin direktoru İsmayıl Ömərov ekoloji problemlərin həllində medianın rolundan danışmışdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müasir qlobal problemlərin meydana gəlməsinin əsas səbəbinin cəmiyyət, insan və təbiət arasındakı ziddiyyət olduğunu demişdir. Qeyd etmişdir ki, təbiət və cəmiyyətin qarşılıqlı münasibətləri və bu münasibətlərin təsiri nəticəsində meydana çıxan qlobal ekoloji problemlərin səbəblərinin öyrənilməsi günümüzün ən aktual məsələlərindən biridir. Nazir müavini təmsil etdiyi qurum tərəfindən görülən işlər haqqında da məlumat vermişdir.
Seminarda Yayım Mediası və İqlim Dəyişikliyi üzrə Paris Deklarasiyasının mahiyyəti haqqında məlumat verilmiş, Bakıda və regionlarda fəaliyyət göstərən televiziya nümayəndələrinin iştirakı ilə həmrəylik bəyanatı imzalanmışdır.
Seminarda "İqlim dəyişmələrinin qarşısının alınması və ekoloji stabilliyin təmin edilməsi sahəsində bilik və bacarığın təbliğinin rolu", "Qlobal iqlim dəyişmələri: səbəblər, gedişi, proqnozlar. Azərbaycanda iqlim dəyişmələri: onların fəsadlarının aradan qaldırılması", "İqlim dəyişikliyinə dair ictimaiyyətin maarifləndirilməsində yayım mediasının rolu" mövzularında məruzələr dinlənilmişdir.
Qeyd edək ki, seminar üç gün davam edəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında