Məhkəmə-Hüquq Şurasında yeni təyin olunmuş məhkəmə sədrlərinin qarşısında duran vəzifələr müzakirə edilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 13 dekabr tarixli sərəncamı ilə yeni yaradılmış regional ağır cinayətlər, inzibati-iqtisadi, həmçinin bəzi digər məhkəmələrin sədrləri təyin olunmuşlar və yeni məhkəmələr 2011-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaqlar.
Dövlətimizin başçısının həmin Sərəncamından irəli gələn məsələlər Məhkəmə-Hüquq Şurasında şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun, Ali Məhkəmənin sədri Ramiz Rzayevin və yeni təyin olunmuş məhkəmə sədrlərinin iştirakı ilə geniş müzakirə edilmişdir.
Tədbirdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların, o cümlədən cari ildə yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yaradılmasının, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsinin məhkəmə fəaliyyətinin inkişafında rolu qeyd edilmiş, həmin məhkəmələrin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması üçün təşkilati tədbirlər nəzərdən keçirilmişdir.
İclasda, həmçinin insan haqlarının etibarlı təmin olunmasında yeni məhkəmələrin üzərinə düşən mühüm vəzifələr, bu sahədə məhkəmə sədrlərinin yüksək məsuliyyəti qeyd edilmiş, vətəndaşların haqlı narazılığına səbəb olan nöqsanların qətiyyətlə aradan qaldırılması zərurəti vurğulanmış, mövcud problemlərlə maraqlanılmış, konkret tapşırıqlar müəyyən edilmişdir.
Yeni təyin olunmuş məhkəmə sədrləri tədbirdə çıxış edərək onlara göstərilmiş etimada görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə etmiş, mövcud nöqsanların aradan qaldırılması üçün əzmlə çalışacaqlarını, ədalət mühakiməsini həyata keçirərkən qanunun aliliyini və hakimin yüksək adını daim uca tutacaqlarını bildirmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında