Şərur rayonunun Püsyan kənd sakinlərinin bəyanatı

Püsyan kəndi Şərur rayonunun inkişaf etmiş kəndlərindən biridir. Bu İnkişafı hər an görür və hiss edirik. Yada salmaq kifayətdir ki, 1996-2000-ci illərdə Azərbaycanda həyata keçirilmiş 6 pilot layihədən biri Püsyan kəndini əhatə etmiş, 5 milyon dollar həcmində kompleks tədbirlər aparılmış, əhaliyə pay torpaqları verilmişdir. Bu gün hər bir Püsyan kənd sakini bərəkətli torpağa, bol suya-kənd təsərrüfatı ilə məşğul olmaq üçün lazım olan bütün imkan və şəraitə malikdir.
Səxavət Əliyev kimi mənəviyyatsız insanların görülən işlərə qara yaxması isə bizi narahat edir. Radikal müxalifətə məxsus mətbuat orqanları nə qədər ki, öz kəndində qəbul olunmayan, heç bir hörmət və izzəti qanmayan belə adamları əldə bayraq edirsə, bir o qədər də alçalır və gözdən düşürlər. Çünki ataların sözü var: milçəkdən fil olmaz.
Səxavət Əliyev və qohum-əqrəbası nə rayonumuzda, nə də kəndimizdə heç bir faydası olmayan adamlardır. Torpaq becərməyən, təsərrüfatla məşğul olmayan, əlindən heç bir iş-güc gəlməyən Çapay və Səxavət Əliyev qardaşlarını ağsaqqal, ağbirçək hörməti saxlamayan yaramaz adamlar kimi tanıyırıq. Bu səbəbdən də nə Çapaya, nə də Səxavətə Püsyan kəndi adından danışmaq səlahiyyəti verməmişik.
Qətiyyətlə bildiririk ki, Püsyan kəndinin adını biabır edən bu şəxsləri püsyanlı hesab etmirik. Səxavət Əliyev reallıq hissini o dərəcədə itirib ki, kənddə adam qalmadığını bəyan edir. Nə əcəb o, heç bir adam qalmayan kənddən deputat seçilmək istəyirdi?! Dostlarımız da, düşmənlərimizdə də bilsinlər: biz belə adamı deputat seçmərik. Bu səbəbdən də Səxavət Əliyev seçki kampaniyasında iştirak etməmiş və namizəd kimi ona səs verməmişik.
Biz parlament seçkilərində Heydər Əliyev quruculuq xəttini dəstəkləmişik. Soruşuruq: nə üçün Səxavət Əliyev kimi başa düşülməyən varlıqlar, böyük-kiçik tanımayan,qanunsuz obyekt işlədən Çapay Əliyev və qohumları qanunu pozanda dərhal onları müdafiəyə qalxırlar. Demək, bu təşkilatlara qayda-qanun yox, qeyri-sabitlik lazımdır. Belə təşkilatlara xəbərdarlıq edirik ki, Püsyan kəndini siyasi oyunlara çəkməsinlər. Əks-təqdirdə onların qarşısını biz öz gücümüzlə alacağıq.
Bu bəyanata Səxavət Əliyevin iddiasına rəğmən, bu gün Şərur rayonunun Püsyan kəndində yaşayan 5 minə yaxın kənd sakini adından imza atır və müvafiq orqanlardan tələb edirik ki, bizim razılığımız olmadan Püsyan kəndinin adından danışan, əslində isə kəndin adını batıran bu cür yaramaz, ləyaqətsiz adamlara və qeyri-hökümət təşkilatlarına qarşı qanun çərşivəsində ölçü götürsünlər.
{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında