Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili rusiyalı həmkarına müraciət etmişdir

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova rusiyalı həmkarı Vladimir Lukinə müraciət edərək, Moskvada baş vermiş iğtişaşlarla bağlı narahatlığını bildirmiş, bu ölkədə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə kömək göstərilməsini xahiş etmişdir.
Ombudsman Aparatından verilən məlumata görə, məktubda Rusiyada tarixən mövcud olan müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların da öz töhfələrini verdiyi millətlərarası xoşməramlı münasibətlərin qorunub saxlanması və davam etdirilməsinin zəruriliyi vurğulanmışdır. İğtişaşların təşkilatçılarının və iştirakçılarının layiqli cəzalarını alacağına əminliyin ifadə olunduğu sənəddə qeyd olunmuşdur ki, azərbaycanlıların Rusiya ərazisində təhlükəsiz yaşamasının təmin olunması üçün həyata keçiriləcək tədbirlər xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, ölkələrimizdə insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edəcəkdir.
Məktubda Rusiya və Azərbaycanın ombudsman təsisatları arasında insan hüquqları sahəsində bağlanmış ikitərəfli sazişin həyata keçirilməsi üzrə əməkdaşlığın daha da təkmilləşdirilməsi və genişləndirilməsinin zəruriliyi də qeyd edilmişdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında