Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin tərkibi müəyyən olunmuşdur

Dekabrın 17-də Milli Məclisin sədri Oqtay Əsədovun yanında Azərbaycanı ATƏT Parlament Assambleyasında təmsil edəcək deputatlarla - Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətin rəhbəri Bahar Muradova, müavini Eldar İbrahimov, üzvləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Ağalar Vəliyevlə işgüzar görüş keçirilmişdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə müstəqil Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT PA ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanmış, gələcəkdə də bu sahənin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd edilmişdir.
Parlamentin sədri nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamış, öz tövsiyələrini vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında