Litva ATƏT-ə sədrliyi çərçivəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Litva 2011-ci ilin yanvarından etibarən ATƏT-ə sədrliyi çərçivəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Bu məqsədlə gələn ilin birinci yarısında Litvanın birinci şəxslərinin Azərbaycana səfəri planlaşdırılır.
Bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas bildirmişdir.
Diplomat demişdir: "Söhbət Litva Prezidenti Dalya Qribauskaytenin, Baş nazir Andryus Kubilyusun və parlamentin sədri İrena Dyaqutenenin Azərbaycana rəsmi sərfərlərindən gedir".
Litva parlamentinin sədrinin səfəri fevralın 9-10-na nəzərdə tutulmuşdur.
Bundan əlavə, Litva xarici işlər naziri Audronyus Ajubalis yaxın aylarda ATƏT-in fəaliyyətdə olan həmsədri qismində Azərbaycana səfər edəcəkdir.
Səfərlər zamanı Azərbaycan və Litva arasında əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə ediləcəkdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında