Budapeştdə "Avropa İttifaqının "Şərq tərəfdaşlığı": təcrübələr, səylər və gözləntilər"mövzusunda konfrans keçiriləcəkdir

Dekabrın 17-18-də Budapeştdə Macarıstan Elmlər Akademiyasının təşkilati dəstəyi ilə bu ölkənin Avropa İttifaqında sədrliyi məsələsi və "Şərq tərəfdaşlığı" proqramının müzakirə olunacağı "Avropa İttifaqının "Şərq tərəfdaşlığı": təcrübələr, səylər və gözləntilər" mövzusunda konfrans keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) bildirmişlər ki, tədbirdə SAM-ın elmi işçisi Zaur Şiriyev "Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramındakı təcrübəsi və Macarıstanın Avropa İttifaqına sədrliyindən gözləntiləri" mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Konfransda, həmçinin Belarusun "Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi"nin direktoru Vladimir Ulaxoviç, Ukraynanın "Avropa və Avratlantik Mərkəzi"nin direktoru Oleksey Kolemiyets və digər ekspertlərin çıxışı gözlənilir.
Səfər çərçivəsində SAM-ın əməkdaşının Macarıstanın aparıcı "beyin mərkəzləri"ndə də görüşləri nəzərdə tutulur.
AzərTAc{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında