Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxmışdır

Azərbaycanın Aktaudakı baş konsulluğunun himayəsi və "Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyası"nın (ABİA) maliyyə dəstəyi ilə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində nəfis şəkildə çap olunmuşdur.
Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan uğurlar, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət geniş şərh edilir.
Əsərdə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra demokratiya, bazar iqtisadiyyatına keçid, milli dövlətə çevrilmə istiqamətində atdığı addımlar təhlil edilir, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən güclü dövlətin yaradılması, iqtisadiyyatın modernləşdirilməsi və azad vətəndaş cəmiyyətinin qurulması sahəsində həyata keçirilən prinsiplər əks etdirilir.
Kitabın Qazaxıstanın dövlət orqanları və ictimaiyyət nümayəndələri arasında böyük maraq kəsb edəcəyini nəzərə alaraq, onun Astana və Aktau şəhərlərində təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur.
Kitab Qazaxıstanın dövlət orqanlarına, ali təhsil müəssisələrinə və kitabxanalara da təqdim ediləcəkdir.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Aktau


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında