AŞPA-nın qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin ayrılıqda müzakirəsi daxil edilməmişdir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bürosunun Parisdə keçirilmiş yığıncağında qurumun yanvar ayının 24-28-də olacaq qış sessiyasının gündəliyi layihə şəklində qəbul edilmişdir.
Gündəliyə əsasən ənənəvi olaraq qış sessiyası başlamazdan əvvəl AŞPA bürosunun və siyası partiyaların toplantısı keçiriləcəkdir.
Yanvarın 24-də öz işinə başlayacaq qış sessiyasının ilk günündə assambleyanın sədri və müavininin seçkiləri, komissiyaların üzvlərinin təsdiqi məsələlərinə baxılacaq və gündəlikdəki məsələlər deputatlar tərəfindən müzakirə edildikdən sonra qəbul olunacaqdır. Sonra büro və daimi komitənin ötən sessiyasından keçən dövr ərzində fəaliyyəti ilə bağlı hesabat dinləniləcəkdir. Büronun hesabatında noyabrın 7-də Azərbaycanda və noyabrın 28-də Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcəkdir.
Günün ikinci yarısında Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən danışacaq, deputatların ona ünvanladığı yazılı və şifahi suallara cavab verəcəkdir.
Yanvarın 25-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, jurnalistlərin informasiya mənbələrinə havadarlıq, Kosovoda insan orqanlarının gizli trafiki və Avropa Şurasında islahatların monitorinqi məsələləri müzakirəyə çıxarılacaqdır.
Sonrakı günlərdə "Şəhidlərə hamilik: Avropa Şurasının üzv ölkələri müharibə qurbanlarının qarşısını almaqda əməkdaşlıq etməlidirlər", "Keçmiş Yuqoslaviya ölkələri arasında siyasi dialoq və barışıq", "İnsan Hüquqları üzrə Avropa Məhkəməsi reqlamentinin 39-cu bəndindən irəli gələn vəzifələrə əməl olunması", "Avropa Şurasına üzv ölkələr və müşahidəçi statusu ilə iştirak edən dövlətlərdə ölüm cəzası-insan hüquqlarının yolverilməz pozuntusu", "Avropada kəndli qadınların vəziyyəti", "Sosial hüquqlara dair öhdəliklərin yerinə yetirilməsi" və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Qış sessiyasının gedişində Avropa Şurasının baş katibi Totbyöm Yaqləndin, Avropa Jurnalistlər Federasiyasının sədri Arne Konurun, Türkiyə Prezidenti Abdullah Gülün, Fransa xarici və Avropa işləri naziri Mişel Alyo-Marinin, Serbiya Prezidenti Boris Tadiçin, Rumıniya Prezidenti Troyan Beseskunun, Albaniyanın Baş naziri Sali Berişanın çıxışları nəzərdə tutulmuşdur.
Gündəlikdən göründüyü kimi, büronun fəaliyyəti ilə əlaqədar hesabatda ölkəmizdə keçirilmiş parlament seçkiləri ilə bağlı məlumat nəzərə alınmazsa, Azərbaycana dair hər hansı məsələnin ayrılıqda müzakirəsi keçirilməyəcəkdir.
Qış sessiyası öz işini yanvarın 28-də yekunlaşdıracaqdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında