Azərbaycan DİN-in RF-dəki nümayəndəsi Moskva iğtişaşlarında Azərbaycan vətəndaşının həlak olması barədə bəzi KİV-lərin yaydığı xəbəri təkzib etmişdir

Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı rəsmi nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirmişdir ki, Moskvada Azərbaycan vətəndaşının milli zəmində öldürülməsi barədə bəzi KİV-lərin yaydıqları informasiya həqiqətə uyğun deyildir.
Onun sözlərinə görə, bu informasiya Moskva milisinin rayon bölməsi tərəfindən yoxlanılmış və təsdiqini tapmamışdır. E.Səmədov vurğulamışdır ki, əməliyyat məlumatlarına görə, Azərbaycan vətəndaşının öldürülməsi barədə heç bir məlumat qeydə alınmamışdır. E.Səmədov demişdir: "Biz Rusiya DİN-lə daim birbaşa əlaqə saxlayırıq və vəziyyəti izləyirik. Moskvanın hüquq-mühafizə orqanları paytaxtda vəziyyəti nəzarətdə saxlamaq üçün zəruri olan bütün tədbirləri görürlər".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında