Almaniyada yaşayan həmvətənimizin "Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri" toplusu alman dilində nəşr olunmuşdur

Almaniyanın Maqdeburq şəhərində yaşayıb fəaliyyət göstərən həmvətənimiz Tengiz-zadə Romkerhallın ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri" toplusu Berlindəki "Epubli MMC" nəşriyyatında alman dilində nəfis şəkildə çapdan çıxmışdır.
Almaniyada fəaliyyət göstərən "Code Diplomatique & Consulaire, Corp." təşkilatından bildirmişlər ki, 332 səhifədən ibarət kitab 10 min nüsxə tirajla nəşr edilmişdir.
Müəllif kitabında ümummilli lidermizin şərəfli və mənalı ömür yolundan söz açır, keçirdiyi rəsmi görüşlər barədə ətraflı məlumat verir, Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən çıxışlarından sitatlar gətirir.
"Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri" toplusunun ilk səhifəsi ulu öndərin bu sözləri ilə başlayır: "Azərbaycan mənim döyünən ürəyim, nəfəsimdir. Azərbaycan mənim həyatımdır. Hər bir vətəndaşı Azərbaycan haqqında səmimi fikirlər söyləyə bilər. Lakin mənim ürəyim hər bir zaman Vətənim Azərbaycanla döyünüb, qəlbimdəki hisslər məhz Azərbaycanla bağlı olub".
Tengiz-zadə Romkerhall xarizmatik şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan bəhs edərək oxucunun diqqətinə çatdırır ki, ulu öndər hələ sağlığında xalqının canlı əfsanəvi liderinə çevrilmişdir. Bu baxımdan Heydər Əliyev dühası, fenomen şəxsiyyət olaraq insanların böyük maraq və diqqətinə səbəb olmuşdur. Müəllif daha sonra qeyd edir ki, ümummilli lider daim öz ölkəsinin irəliyə getməsi üçün çalışmış, bütün biliyini, bacarığını, təcrübəsini və gücünü gələcək nəslin firavan həyatının təmin edilməsinə sərf etmişdir.
Alman ictimaiyyəti arasında böyük əks-səda doğuran kitabın 98 nüsxəsi 5 gün ərzində internet vasitəsilə satılmışdır. Bu, alman xalqının ulu öndərimiz Heydər Əliyevə olan böyük marağının göstəricisi kimi qiymətləndirilməlidir.
Hazırda müəllif Tengiz-zadə Romkerhall bu qiymətli nəşrin ölkədə fəaliyyət göstərən bütün kitabxanalara paylanması məqsədilə Almaniyanın Kitabxana Birliyi ilə danışıqlar aparır.
"Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri" kitabı ilə daha ətraflı www.aserbaidschan-sprache.de internet səhifəsində tanış olmaq mümkündür.
Qeyd edək ki, bu yaxınlarda soydaşımızın Almaniyada növbəti kitabı - 15 ildən artıq üzərində işlədiyi və Azərbaycan dilçiliyində ilk nümunə olan "Azərbaycan dilində işlənən alınma sözlərin izahlı lüğəti" işıq üzü görmüşdür.
Tengiz-zade Romkerhall 1962-ci ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. İxtisasca hüquqşünas olan soydaşımız 20 ildən artıqdır ki, Almaniyada yaşayır və eyni zamanda qanuni əsaslarla tərcüməçiliklə məşğul olur. 1995-ci ildən etibarən Azərbaycan dili üzrə mütəxəssis kimi Almaniyanın Müstəqil Ekspertlər İttifaqının üzvüdür. 1995-ci ildən Almaniyada fəaliyyət göstərən "SOS-İNTERNATİONAL" Beynəlxalq yardım təşkilatının, 2007-ci ildən isə Azərbaycan Diasporu Mərkəzi Şurasının sədridir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında