DSMF-in fərdi uçot sistemində qeydə alınan əcnəbi vətəndaşların sayı artır

Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində əlavə olaraq 498 nəfər əcnəbi vətəndaş uçota alınmışdır. Fondun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, 2010-cu il aprelin 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı artmış və 8513 nəfərə çatmışdır.
Ümumilikdə 87 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Onların sayı son aylarda artaraq 4784 nəfər olmuşdur. Rüb ərzində digər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə edilib. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1248 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasından olan sığortaolunanların sayı isə 557 nəfər təşkil edir. Sonrakı yerlərdə sığortaolunanların sayı hesabı ilə sıralanmada İran İslam Respublikası (278 ), Hindistan (232), Bosniya və Hersoqovina (120), Çin Xalq Respublikası (103), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (90), Filippin (84), Ukrayna (77), Pakistan İslam Respublikası (74), Qazaxıstan (65), Malayziya (64), Özbəkistan (63), Almaniya (59), Türkmənistan (51), İtaliya (47), ABŞ (40) və s. ölkələr gəlir.
Qeyd edək ki, ölkəmizdə məcburi dövlət sosial sığortası sahəsində fərdi uçotun tətbiq olunması Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Azərbaycan Respublikasının mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin də məcburi dövlət sosial sığortasına cəlb olunması zərurətini ortaya qoymuşdur. Bu zərurət beynəlxalq təcrübədən irəli gəlmişdir. 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılmışdır.
Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir. Bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsini gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında