Gələcək politoloq və hüquqşünaslar Penitensiar Xidmət müəssisələrində olmuşlar

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının gələcək politoloq və hüquqşünasları Ümumdünya İnsan Hüquqları günündə Penitensiar Xidməti müəssisələrində olmuşlar. Tədbirin təşkilatçısı və rəhbəri Dövlət İdarəçilik Akademiyasının hüquqi təminat kafedrasının baş müəllimi Azər Əhmədov olmuşdur. Tələbələri Penitensiar Xidməti kadrlar idarəsinin rəis əvəzi Ziya Dadaşov qarşılamışdır.
Penitensiar Xidməti Katibliyinin baş inspektoru Yusif Əsədli və baş məsləhətçisi Ağababa Musayev akademiyanın bakalavrlarına Azərbaycanda cəza icrası sisteminin yaranması tarixi, məqsəd və vəzifələri haqqında məlumat vermişlər. Tələbələr Penitensiar Xidmətin Heydər Əliyev adına Muzeyində olarkən ölkəmizdə müxtəlif tarixi dövrlərdən başlayaraq bugünə qədər tədbiq edilən cəza növləri ilə tanış olmuş, Azərbaycanda yaradılan ilk cəzaçəkmə müəssisələri, o cümlədən İosif Stalinin cəza çəkdiyi məşhur Bayıl təcridxanası haqqında maraqlı faktlar əldə etmişlər.
Sonra gələcəyin hüquqşünas və politoloqları ləğv olunmuş Bayıl təcridxanası əvəzinə yeni tikilib istifaədəyə verilmiş Bakı İstintaq Təcridxanasında olmuşlar. Orada tələbələri təcridxananın rəisi ədliyyə polkovniki Elxan Sadıxov qarşılamışdır. İstintaq təcridxanasının əməliyyat şöbəsinin rəisi Rauf Nəbiyevin müşaiyyəti ilə tələbələr müasir memarlıq üslubu ilə tikilmiş təcridxanada yaradılmış səliqə-sahmanla və itiham olunmuş şəxslərin saxlanma şəraiti (maksimum 6 nəfər üçün nəzərdə tutulan kameralar və hər kameranın hamamı, gəzinti meydançası) ilə tanış olmuşlar. Tələbələr, həmçinin təcridxananın tibbi-sanitar bölməsinin ən müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz edildiyinin, təcridxananın "beyin mərkəzi" adlandırılan növbətçi hissədə isə beynəlxalq standartlara uyğun texnologiyalarla təhlükəsizlik, rabitə, videomüşahidə tədbirlərinin həyata keçirilməsinin də şahidi olmuşlar.
Qeyd etmək lazımdır ki, Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanası tarixində bu, tələbələrlə ilk görüşdür. Bu vaxta qədər isə bu qapalı qurumlara yalnız yeni seçilmiş hakimlər və Avropa Şurasının müşahidəçiləri buraxılırdı. Ədliyyə Nazirliyinin rəhbərliyi Penitensiar Xidmətin fəaliyyətində Avropa standartlarını tətbiq edərkən, orada şəffaflığın təmin olunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Hazırda həmin vəzifə layiqincə yerinə yetirilir.{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında