Dəyərli vəsait

Ulu öndər Heydər Əliyev iqtisadiyyatda beynəlxalq standartların tətbiqini vacib məsələ kimi qarşıya qoyurdu və bildirirdi ki, beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir. Artıq bu istiqamətdə xeyli işlər görülmüş, beynəlxalq standartların tətbiqi sahəsində böyük təcrübə qazanılmışdır. Bu sahədə bir sıra kitablar nəşr olunmuş, metodiki vəsaitlər hazırlanmışdır.
Bu yaxınlarda Asif Bəkirlinin çapdan buraxılmış yeni kitabı qiymətli vəsait kimi dəyərləndirilməlidir. Azərbaycanda ilk dəfə nəşr edilmiş "Beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası və auditi (sənədləşdirmə nümunələri)" kitabında ISO 9000 | ISO 14000 | OHSAS 18001 beynəlxalq idarəetmə sistemlərinin son versiyalarının inteqrasiyası haqqında ətraflı məlumatlar verilmiş, təyinatından və ya əhatə dairəsindən asılı olmayaraq, fəaliyyət göstərən bütün müəssisələr üzrə qurulması və tətbiq edilməsi yolları barədə nümunəvi sənədlər üzərində geniş izahatlar verilməklə yanaşı bu sistemlərin birgə auditi prosesi də öz əksini tapmışdır.
Kitabda bildirilir ki, müəssisələrin fəaliyyəti, ətraf mühitin mühafizəsinin təmin edilməsi, ümumiyyətlə, dünyanın mövcudluğunun zəruriliyi belə insan fəaliyyəti, insan faktoru ilə əlaqədardır. Hər bir fəaliyyət insanın yaxşı, təhlükəsiz yaşamasına və daima inkişaf etməsinə xidmət etməlidir. Yəni, istənilən bir müəssisə fəaliyyətində yalnız öz infrastrukturuna deyil, bütün bəşəriyyətə müəyyən dərəcədə müsbət və yaxud mənfi təsir göstərir. Beləliklə, bəşəriyyətin xilası və inkişafı üçün görülən işi təhlükəsiz, keyfiyyətli və ətraf mühitə zərər vurmadan yerinə yetirmək çox vacibdir. Yəni, ilk öncə insanın sağlamlığı və təhlükəsizliyinin təmin olunması, daha sonra görülən işin keyfiyyətli olması və nəhayət, ətraf mühitin qorunmasının təmin edilməsidir. Bunları biri-birindən ayırmaq düzgün deyildir. Belə ki, bu iş sistemli şəkildə həyata keçirilməlidir. Bunun üçün isə ən məqbul yol yuxarıda bəhs edilən ISO 9000 - ISO 14000 - OHSAS 18001 seriyalı beynəlxalq idarəetmə sistemlərinin birgə tətbiqidir.
Kitab beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası və auditi ilə bağlı maarifləndirmə işində, onun qurulmasında, tətbiqində və hətta müvafiq sistemlərə malik olan qurumlarda çalışanlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Məlumat üçün bildirək ki, kitabın müəllifi Asif Bəkirli Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. 1989 - cu ildən Azərbaycan Respublikasının neft sənayesində gənc mütəxəssis kimi fəaliyyətə başlamış və müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. İnkişaf etmiş xarici ölkələrdə işgüzar ezamiyyətlərdə olduğu zaman beynəlxalq standartlar üzrə təşkil edilən maarifləndirmə kurslarında nəzəri və praktiki təcrübə toplayaraq, sınaq imtahanlarından keçmiş və Avropa Keyfiyyət Təşkilatının (EOQ ), həmçinin, Türk Standartları İnstitutunun ISO 9000 Keyfiyyət, OHSAS 18001 Əməyin Mühafizəsi və Təhlükəsizliyi, ISO 14000 Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq statuslu AUDİTOR sertifikatlarına layiq görülmüşdür. Bir sıra kitabların, o cümlədən Azərbaycanda ilk dəfə çapdan çıxmış "ISO 9000/OHSAS 18001/ISO 14000 BEYNƏLXALQ İDARƏETMƏ STANDARTLARI" və "OHSAS / TS 18001 : 2008 ƏMƏYİN MÜHAFİZƏSİ və TƏHLÜKƏSİZLİYİ İDARƏETMƏ SİSTEMİ (SON VERSİYANIN İZAHLI ŞƏRHİ)" kitablarının müəllifidir. 2007-ci ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinə rəhbərlik edir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında