Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Polad Bülbüloğluna Dövlət Sülh və Tərəqqi mükafatını təqdim etmişdir

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun sədri Polad Bülbüloğluna Qazaxıstanın birinci Prezidenti - Millətin Liderinin Dövlət Sülh və Tərəqqi mükafatına layiq görülmüşdür.
Təntənəli mükafatlandırma mərasimi dekabrın 15-də Qazaxıstan Prezidentinin "Akkord" iqamətgahında olmuşdur.
Polad Bülbüloğlu bu ali mükafata Azərbaycan və Qazaxıstan xalqları arasında sülhün və dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xüsusi töhfəsinə görə layiq görülmüşdür.
Prezident Nursultan Nazarbayev mükafatı təqdim edərək P.Bülbüloğlunun türk dünyası qarşısında böyük xidmətlərini, 12 il rəhbərlik etdiyi beynəlxalq TÜRKSOY təşkilatının yaradılmasında və inkişafında rolunu xüsusi vurğulamışdır.
Prezident xatırlatmışdır ki, TÜRKSOY-un yaradılması haqqında müqavilə 1993-cü ildə Qazaxıstanın əvvəlki paytaxtı Almatıda imzalanmış və postsovet məkanında türkdilli xalqların mənəvi birliyinin dayaq nöqtəsinə, gənc suveren respublikalarımızın həyatında əlamətdar hadisəyə çevrilmişdir.
Polad Bülbüloğlu vətəndaşlıq mövqeyi və aktiv fəaliyyəti ilə dilimizin və tariximizin birliyi, zəngin mənəvi irsimizin qorunub saxlanması və öyrənilməsi, türkdilli xalqların müasir mədəniyyətinin və incəsənətinin dünya səviyyəsində təbliği ideyasının inkişafına kömək etmişdir.
P.Bülbüloğlu fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirərək demişdir ki, gələcəkdə də qardaş xalqlarımız arasında çoxşaxəli ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və inkişafında yaxından iştirak edəcəkdir.
Dövlət Sülh və Tərəqqi mükafatına qazax milli incəsənətinin qocaman nümayəndəsi, ölkənin sabiq mədəniyyət naziri Erkeqali Raxmadiyev də layiq görülmüşdür.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında