Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqları üçün 27 nəfər saxlanılmışdır

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, xidmətin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilmişdir.
Noyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 17 halda 27 nəfər saxlanılmışdır. Tutulan sərhəd pozucularının 17 nəfəri Azərbaycan, 3 nəfəri Gürcüstan, 3 nəfəri İran, üç nəfəri Rusiya və 1 nəfəri Pakistan vətəndaşıdır.
Axtarışda olan 99 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 20 halda 5 kiloqram 999 qram narkotik maddə aşkar edilərək götürülmüşdür.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 73 halda ümumi dəyəri təqribən 246 min 857 manat olan qaçaqmal, o cümlədən 159 min 500 ABŞ valyutası, 90 min 400 metr tor, 21 min qırmaq, 1192 müxtəlif adda dərman preparatı, 58 mobil telefon, 361 mobil telefon aksessuarı, 270 qutu siqaret, 280 qram qızıl zinət əşyaları, 5 baş at, çoxsaylı müxtəlif spirtli içkilər, digər sənaye və ərzaq malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında