Mərkəzi Seçki Komissiyasının sədri Belarusda seçkiləri müşahidə edəcəkdir

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyanın sədri Məzahir Pənahov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minsk şəhərində səfərdə olacaqdır.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, səfərdən məqsəd dekabrın 19-da Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.
Belarus Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti əsasında həyata keçiriləcək səfər çərçivəsində MSK-nın sədri Minsk şəhərində müşahidə missiyası ilə yanaşı, belaruslu həmkarı və digər rəsmi şəxslərlə görüşlər keçirəcəkdir.
M.Pənahovu səfər zamanı MSK katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcəkdir.
Mərkəzi Seçki Komissiyasının digər bir əməkdaşı da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Qısamüddətli Müşahidə Missiyasının tərkibində Belarusda prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında