İsrail parlamentində Azərbaycan cəmiyyətinin tolerantlığı yüksək qiymətləndirilmişdir

İsrail Knessetində İnsan Hüquqları Gününə və müsəlman ölkələrində yəhudilərin vəziyyətinə həsr olunmuş qapalı iclas keçirilmişdir.
Aliye (İsrailə repatriasiya) və Absorbsiya Komissiyasının iclasında İsrail hökumətinin, Xarici İşlər, İnformasiya, Ədliyyə, habelə Aliye və Absorbsiya nazirliklərinin nümayəndələri, əslən Azərbaycan, Türkiyə, İran, Yəmən və Mərakeş kimi müsəlman ölkələrindən olan insanlardan ibarət ictimai qurumların, habelə insan hüquqlarını müdafiə təşkilatının təmsilçiləri iştirak etmişlər.
İclasda Azərbaycan icmasını "İsrail-Azərbaycan" (Az-İz) beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, Az-İz-in İdarə heyətinin üzvü Yeganə Salman təmsil etmişlər. Y.Salman çıxışında bildirmişdir ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda milli əlamətə görə yəhudilərin hüquqları əsla pozulmur, bu məsələ ilə bağlı heç bir problem yoxdur.
S.Salman demişdir: "Yəhudilərin Azərbaycanda yaşamalarının çoxəsrlik tarixi ərzində burada bir dəfə də olsun antisemitizm təzahürü qeydə alınmamışdır. Ölkə əhalisinin bir faizdən az hissəsini təşkil etmələrinə baxmayaraq, Azərbaycan yəhudilərinin Milli Məclisdə öz nümayəndələri vardır".
Natiq vurğulamışdır ki, Bakıda, eləcə də yəhudilərin məskunlaşdıqları digər yaşayış məntəqələrində sinaqoqlar, yəhudi məktəbləri və mədəniyyət mərkəzləri fəaliyyət göstərir və yeniləri açılır.
Y.Salman demişdir: "Azərbaycanda yəhudi mədəniyyəti və təhsili ilə bağlı iri layihələrin əksəriyyəti Prezident İlham Əliyev başda olmaqla Azərbaycan rəhbərliyi, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu tərəfindən dəstəklənir".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında