ABŞ-ın Nyu-Meksika ştatında Azərbaycanın fəxri konsulunun təyin edilməsi təntənəli surətdə qeyd edilmişdir

ABŞ-ın Nyu-Meksiko ştatının paytaxtı Santa Fe şəhərində Azərbaycanın fəxri konsulluğunun açılması münasibətilə tədbirlər keçirilmişdir. Tədbirlərdən biri tanınmış Amerika politoloqu, STRATFOR analitika mərkəzinin təsisçisi Corc Fridmanın bu hadisəyə həsr edilmiş çıxışı olmuşdur.
Santa Fe şəhərinin Beynəlxalq Münasibətlər Şurası ilə birgə təşkil edilmiş təqdimat mərasimində Corc Fridman ABŞ-ın milli maraqları baxımından Azərbaycanın geostrateji əhəmiyyətini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəsini, habelə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə rəsmi Bakının ölçülüb-biçilmiş, praqmatik yanaşmasının uğurlu olduğunu vurğulamışdır. Fridmanın fikrincə, ölkəmizin müstəqil inkişafı və suverenliyi Bakı üçün prioritet məsələdir, bu da öz növbəsində Azərbaycanı Türkiyə ilə yanaşı etibarlı regional tərəfdaşa çevirir. Vaşinqtonun regiona kifayət qədər diqqət yetirmədiyindən təəssüfləndiyini bildirən natiq ABŞ xarici siyasətinin daha düzgün qurulmasının əhəmiyyətini qeyd etmişdir.
Emmit Riçard Art MakHaffinin Azərbaycanın fəxri konsulu təyin edilməsi şərəfinə ölkəmizin Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə təşkil edilmiş rəsmi qəbulda baş konsul Elin Süleymanov çıxış etmişdir. Fəxri konsul MakHaffi ona göstərilən etimada görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığını bildirmiş, Azərbaycanda keçirdiyi illərdən söz açmışdır.
Səfər çərçivəsində baş konsul Elin Süleymanov, vitse-konsul Ramil Qurbanov və fəxri konsul Emmit Riçard Art MakHaffi Nyu-Meksika ştatının qubernatoru Bill Riçardson və Sante Fe şəhərinin meri Devid Kosla görüşmüşlər. Görüşlərdə fəxri konsul MakHaffi konsul patentinin surətini onlara təqdim edərək ümidvar olduğunu bildirmişdir ki, onun təyinatı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəkdir. ABŞ-ın xüsusi elçisi qismində KXDR-ə yol üstündə olan qubernator B.Riçardson dünyada böhranlı və potensial partlayış təhlükəli vəziyyətlərin nizama salınmasında diplomatiyanın imkanlarından daha geniş istifadə olunmasının əhəmiyyətini vurğulamışdır. Prezident Bill Klinton administrasiyasında energetika naziri vəzifəsində işləmiş Riçardson Azərbaycana səfərləri, ümummilli lider Heydər Əliyevlə görüşləri ilə bağlı xoş təəssüratlarını bölüşmüşdür. Xəzərin enerji resurslarının işlənməsi sahəsində Azərbaycan-Amerika əməkdaşlığına töhfəsinə görə Riçardsona minnətdarlıqlarını bildirən diplomatlarımız Azərbaycan Respublikası Neft Fondunun fəaliyyətinə həsr olunmuş "Azərbaycanın sərvəti" nəşrini ona təqdim etmişlər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 25 oktyabr 2010-cu il tarixli fərmanı ilə Emmit Riçard Art MakHaffi Azərbaycanın Nyu-Meksika ştatının Santa Fe şəhərində fəxri konsulu təyin edilmişdir. Nyu-Meksika Los-Ancelesdəki Baş konsulluğun konsul dairəsinə daxil olan 13 ştatdan biridir.{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında