Litva Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərir

Vergilər naziri, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın həmsədri Fazil Məmmədov ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Xarici işlər komitəsinin sədri Emanuelis Zingerisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan vergilər naziri bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Avropa ölkələri, eləcə də Litva ilə bir çox istiqamətlərdə əməkdaşlıq qurulmuşdur. O, iki ölkə arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədilə "Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası komissiya"nın yaradılmasını, bu ilin may ayında Vilnüs şəhərində komissiyanın ilk iclasının protokolunun imzalanmasını yüksək qiymətləndirmiş, imzalanan sazişlərin əməkdaşlığın yeni keyfiyyət mərhələsinə qədəm qoymasına yardımçı olacağına əminliyini bildirmişdir. Nazir qeyd etmişdir ki, Azərbaycanın inkişaf strategiyasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Bu siyasətin uğuru iqtisadiyyatımızın hərtərəfli inkişafı, xarici investisiyalar üçün açıq olması ilə bağlıdır.
Emanuelis Zingeris Azərbaycanın Litva üçün önəmli tərəfdaş olduğunu, son illərdə Azərbaycanla bir çox istiqamətlərdə əməkdaşlıq qurulduğunu bildirmişdir. Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini vurğulayan E.Zingeris ölkələrimiz arasında gələcəkdə qarşılıqlı münasibətlərin daha da inkişaf etməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün böyük imkanlar olduğunu diqqətə çatdırmışdır. Qonaq ölkəmizin dinamik inkişafını, sosial-iqtisadi tərəqqisini, qlobal maliyyə böhranının Azərbaycana təsirinin minimal xarakter daşımasını yüksək dəyərləndirmiş, bütün bunları uğurlu iqtisadi syasətin nəticəsi kimi qiymətləndirmişdir.
Fazil Məmmədov ölkəmiz haqqında xoş sözlərinə görə təşəkkürünü bildirmiş və bu səfərin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə təkan verəcəyini vurğulamışdır. Azərbaycanın vergi sistemi və həyata keçirilən islahatlar barədə qonağa geniş məlumat verən nazir sahibkarlıq subyektləri arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların cəlb edilməsini qarşıda duran prioritet məsələlər sırasında olduğunu qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında