Milli Məclisin deputatı Misirdə beynəlxalq forum çərçivəsində silsilə görüşlər keçirmişdir

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən insan alverinə qarşı mübarizə üzrə beynəlxalq forumda iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva tədbir çərçivəsində Belçika şahzadəsi Matilda, BMT-nin keçmiş baş katibi Butros Qali, ABŞ Dövlət Departamentindən dünya qadın məsələləri üzrə səfir Melanne Verver, CNN televiziyasının məşhur simalarından biri, tanınmış jurnalist Cim Klənsi, Misir parlamentinin senatoru, dünyanın ən qədim kitabxanası sayılan İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldi, tanınmış prodüsser və musiqiçi Dillon Justin ilə görüşlər keçirmişdir.
Görüşlər zamanı qarşı tərəfə Azərbaycanla bağlı məlumatlar verilmiş və fikir mübadiləsi aparılmışdır. Qənirə Paşayeva Cim Klənsini və Dillon Justini Azərbaycana dəvət etmişdir.
Qeyd edək ki, artıq öz işini başa çatdırmış insan alverinə qarşı mübarizə üzrə beynəlxalq forumda dünyanın bir sıra nüfuzlu siyasi və ictimai xadimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, iş adamları, məşhur sənətçilər və jurnalistlər iştirak etmişlər.
Misirin birinci xanımı Suzan Mübarəkin, eyni zamanda BMT rəsmilərinin rəhbərliyi ilə keçirilən, əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsi olan beynəlxalq forum Palermo Konvensiyasının 10 illiyinə həsr edilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında