Koreya Respublikası Azərbaycanı prioritet tərəfdaş kimi seçmişdir

Koreya Respublikasında rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 15-də bu ölkənin Baş naziri Kim Hvanq-Şik ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən münasibətlərin cari vəziyyəti müzakirə olunmuşdur. Əlaqələrin daha da genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanmışdır.
E.Məmmədyarov Koreya Respublikasının iqtisadiyyatın bir sıra sahələrində əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsinin zəruriliyini vurğulayaraq, Azərbaycanı 2011-2013-cü illərdə prioritet tərəfdaş kimi seçdiyinə görə Koreya tərəfinə təşəkkür etmişdir. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar prosesi və bu problemin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə Baş nazirə ətraflı məlumat vermişdir.
E.Məmmədyarov Azərbaycan-Koreya parlamentlərarası dostluq qrupunun sədri So Byong-Su və parlamentin xarici əlaqələr, ticarət və unifikasiya komitəsinin sədri Nam Kyung Pil ilə də görüşmüşdür.
Səfər çərçivəsində nazir Koreyanın "Yonhap" informasiya agentliyi, "Korean herald " qəzeti və "Arirang" televiziya kanalına müsahibə vermişdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında