Daşkənddə özbək dilində çap edilən "Xabar" qəzeti Azərbaycan haqqında material vermişdir

Daşkənddə özbək dilində çap edilən "Xabar" qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə müxbiri Qulu Kəngərlinin Azərbaycan-Özbəkistan əlaqələri, ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycanın dünya dövlətləri arasında artan mövqeyi ilə əlaqədar bir səhifəlik materialı çap olunmuşdur.
Materialda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqindən sitatlar da verilmişdir. Məqalədə deyilir: "Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır".
Məqalədə noyabrın 5-dən 7-dək Daşkənddə keçirilən Azərbaycanın birinci Milli Sərgisi haqqında da məlumat verilmişdir. Qeyd olunmuşdur ki, sərgidə 160-dan artıq müəssisənin 1700 çeşiddə məhsulu nümayiş etdirilmişdir.
Materialda Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin uğurları, internet şəbəkəsinin inkişafı haqqında məlumatlar da yer almışdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında