MONEYVAL-ın növbəti 34-cü plenar iclasında Azərbaycanla bağlı xüsusi bəyanat səslənmişdir

Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsinin (MONEYVAL) növbəti 34-cü plenar iclası keçirilmişdir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, iclasda qurumun sədri Rüfət Aslanlının rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. Plenar iclasda üzv ölkələr tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində fəaliyyətin qiymətləndirilməsi, bu sahədə tədbirlərin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələr, komitənin 2011-ci il üzrə Fəaliyyət Planının müzakirəsi məsələləri müzakirə edilmişdir.
Plenar iclasın gündəliyinə Azərbaycanla bağlı məsələ daxil olunmasa da, MONEYVAL prezidenti tərəfindən ölkəmizə dair xüsusi bəyanat açıqlanmışdır. Bildirilmişdir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) monitorinq rejimi tətbiq edilən ölkələrin siyahısından Azərbaycanın çıxarılması hökumətin siyasi iradəsinin və PY/TMM sahəsində qısa müddət ərzində əldə olunmuş tərəqqinin, hüquq, tənzimləyici və institusional nailiyyətlərin nəticəsidir.
İclasda Azərbaycan nümayəndə heyəti pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Moldovada həyata keçirilən tədbirlərin qiymətləndirilməsi, onların FATF-ın 49 tövsiyəsinə uyğunluğu barədə analitik şərhlə çıxış etmişdir.
İclas çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirmiş, pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aparılan işlər üzrə əməkdaşlığın yaradılması və genişləndirilməsinə dair fikir mübadiləsi aparmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında