Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin yeni bazası istifadəyə verilmişdir

Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin yeni bazası istifadəyə verilmişdir.
Açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak etmişdir.
AzərTAc xəbər verir ki, baza qərargah binası, alpinist və yanğın-taktiki hazırlığı, tibb hazırlığı, dalğıc hazırlığı sinifləri, yataqxana, yeməkxana, tibb məntəqəsi və texnika parkından ibarətdir.
Dalğıcların təlim-məşq prosesi çərçivəsində şərti olaraq suda batan avtomobilin çıxarılması və xəsarət alan sürücünün xilas edilməsi əməliyyatı nümayiş olunmuşdur. Məlumat verilmişdir ki, bazada xilasedicilərin xidmət etməsi üçün lazım olan bütün şərait yaradılmış, baza zəruri xilasetmə texnikası və avadanlıqla təmin olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında