Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir

Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilmişdir.
MHŞ-dən bildirmişlər ki, iclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü həyata keçirilən məhkəmə islahatlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərdiyi bildirilmiş, onun müsbət nəticələri vurğulanmışdır.
Qeyd edilmişdir ki, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və regionlarda hüquq institutlarının inkişafı məqsədilə cari ildə yeni məhkəmələr yaradılmışdır. Ağır Cinayətlərə dair İşlər üzrə Respublika Məhkəməsinin əsasında ölkənin dörd bölgəsində ağır cinayətlər üzrə regional məhkəmələrin, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının son illər ərzində 2 dəfə artırılması məhkəmə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da yaxşılaşdırılmasında mühüm addımlar olmuşdur.
Hakimlərin seçilməsinin çoxpilləli imtahan və uzunmüddətli tədris kursundan ibarət olmaqla Avropada ən mütərəqqi qaydası müəyyən edilmiş, son illər ərzində 235 nəfər, o cümlədən cari ildə 78 nəfər yüksək hazırlıqlı hüquqşünas bu qaydalarla seçilərək müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir.
Qanunvericiliyə müvafiq olaraq yeni yaradılmış regional ağır və inzibati-iqtisadi məhkəmələrin 2011-ci ilin yanvar ayından fəaliyyətə başlamasının nəzərdə tutulması ilə əlaqədar bu sahədə görülmüş işlər Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə olunmuşdur.
Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda yeni yaradılmış məhkəmələrin fəaliyyətə başlaması məqsədilə qısa müddətdə mühüm təşkilati tədbirlərin həyata keçirilməsi, o cümlədən əhatəli təhlillər aparılaraq hakimlərin ştat sayının və məhkəmə aparatlarının strukturunun müəyyən olunması, yeni inzibati binaların ayrılması, əsaslı təmir-tikinti işlərinin aparılması və binaların zəruri təşkilati-texniki avadanlıqla təchiz edilməsi, müvafiq iş şəraitinin yaradılması barədə məlumat verilmişdir.
İclasda yeni yaradılan məhkəmələrin və mövcud vakant ştatların təcrübəli hakimlər hesabına komplektləşdirilməsinin zəruriliyi bildirilmiş, bu məqsədlə hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi aparılmış və ölkə Prezidentinə müvafiq təkliflər təqdim edilmişdir.
Tədbirdə, həmçinin qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiyinə görə 3 hakim barədə intizam icraatları başlanılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında