Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin məlumatı

Son günlər radikal müxalifətin nəzarətində olan mətbuat vasitələrində yenə də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində insan haqlarının pozulması, sakinlərin təzyiqlərlə üzləşməsi barədə yanlış məlumatlar verilir.
Bildiririk ki, 2 saylı Şərur seçki dairəsindən Milli Məclisə deputatlığa keçmiş namizəd Səxavət Musa oğlu Əliyev seçki öncəsi də bu cür populist çıxışlar edərək, bəyanatlar verməklə məşğul olmuş, lakin öz kəndində belə ətrafına tərəfdaş toplaya bilməmiş, biabırçı formada məğlub olduqdan sonra arxasına baxmadan Bakıdakı "dostlarının" yanına qaçmışdır. S.Əliyevin seçkiqabağı platforması və vədləri həmkəndliləri tərəfindən bu gün də yumorla xatırlanır. Keçmiş namizədin son yazılarından sonra isə "özünün təzyiqlərə məruz qalması barədə yazdıqları ilə qazanc əldə edə bilmədi, onun göstərdiyi "saxtakarlıq" barədə "faktlar" Müsavatın Mərkəzi Seçki Komissiyasında olan nümayəndəsinin hesabatına belə salınmadı, indi də qohum-əqrəbasının döyülməsi barədə yalan məlumatlar verməklə gündəmdə qalmağa çalışır" kimi ifadələr Püsyan kənd sakinləri arasında ən çox müzakirə olunan söhbətlərdəndir.
2010-cu il dekabrın 10-da Püsyan kəndində guya Səxavət Əliyevin qohumlarına təzyiq göstərilməsi və onların döyülməsi ilə əlaqədar yayılmış məlumatla bağlı olaraq bildiririk ki, Çapay Musa oğlu Əliyev parlament seçkilərindən sonra özünün və yaxın qohumlarının kənd ağsaqqallarına, ziyalılara və din xadiminə qarşı etdikləri nalayiq hərəkətlər qarşısında onlara göstərilmiş humanist münasibətdən nəticə çıxarmaq əvəzinə, daha da azğınlaşmışlar.
Çapay Əliyev həyətyanı sahəsində inşa etdiyi yöndəmsiz, sanitar qaydalara cavab verməyən, əvvəllər tövlə kimi istifadə etdiyi tikilidə müvafiq lisenziya almadan qeyri-qanuni ticarətlə məşğul olmuşdur. Bununla bağlı Ç.Əliyevə bir neçə dəfə xəbərdarlıq edilmiş, qeydiyyatdan keçməsi üçün Vergilər İdarəsinə dəvət olunmuşdur. Lakin o, xəbərdarlıqlara məhəl qoymadan qanunsuz fəaliyyətini davam etdirmiş, müvafiq orqanların əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlətmişdir. Faktı araşdırmaq məqsədi ilə "mağaza" yerləşən əraziyə gedən müvafiq orqanların nümayəndələri Ç.Əliyev və ailə üzvləri tərəfindən qəzəblə qarşılanmış, onlara qarşı nalayiq ifadələr işlədilərək əvvəlcədən hazırladıqları daş parçaları ilə əraziyə yaxınlaşmalarına imkan verilməmişdir. Asayişin bərpa olunması üçün hadisə yerinə çağırılmış polis əməkdaşlarının təkidli tələbinə baxmayaraq Ç.Əliyev və ətrafındakılar sakitləşməmiş, əksinə orada olan əməkdaşları QHT və mətbuat nümayəndələrinə onlara təzyiq edilməsi barədə məlumat verəcəkləri ilə hədələmişlər. Öz vəzifəsini yerinə yetirən polis əməkdaşları asayişi bərpa etmiş və müvafiq orqanların əməkdaşlarının vəzifələrini yerinə yetirməsi üçün şərait yaratmışlar.
Ç.Əliyev və ətrafında olan qadınların döyülməsi faktı isə yalan və böhtandan başqa bir şey deyildir.
Səxavət Əliyevin qohumlarının dövlət orqanlarını "Ermənistandan sığınacaq istəmələri" ilə hədələməsi və bunu müxalifət mətbuatında bəyan etmələri isə onun və ailə üzvlərinin "vətənpərvərliyinin" dərəcəsini nümayiş etdirir. Çünki Səxavət Əliyevin ailə üzvləri onun məsləhəti və icazəsi olmadan hərəkət etmirlər.
Səxavət Əliyevə xatırlatmaq istərdik ki, 1992-ci ildən bu günə kimi demokratiya ilə anarxiyanı ayıra bilməməsi isə onun genetik qüsuru kimi başa düşüləndir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında