Azərbaycan GUAM-ın üzvü olan ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfəsini verməkdədir

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın digər üzvləri ilə yanaşı, Azərbaycan da quruma daxil olan ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfəsini verməkdədir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 2006-cı il sentyabrın 25-də Nyu-Yorkda keçirilmiş ilk iclasında 2007-2008-ci illər üçün nəqliyyat üzrə işçi qrupunda əlaqələndirici ölkə təyin edilən Azərbaycan şuranın 2008-ci il dekabrın 4-5-də Helsinkidə keçirilmiş 8-ci iclasının qərarı ilə növbəti ikiillik müddətə - 2009-2010-cu illər üçün yenidən bu qrupda əlaqələndirici ölkə təyin edilmişdir.
Ölkəmizin nəqliyyat üzrə işçi qrupunda əlaqələndirici olduğu dövrdə bir sıra işlər görülmüşdür. Belə ki, "GUAM-ın üzvü olan dövlətlərinin Hökumətləri arasında beynəlxalq multimodal yük daşımaları haqqında Saziş" işlənib hazırlanaraq, 2007-ci il iyunun 18-19-da Bakıda keçirilmiş sammit çərçivəsində imzalanmışdır. GUAM-ın Gürcüstanın Batumi şəhərində keçirilmiş Zirvə Toplantısında qəbul edilən "GUAM-ın nəqliyyat potensialının istifadəsi və tranzit dəhlizinin inkişaf etdirilməsinə dair Bəyanat"da GUAM dövlətlərinin nəqliyyat potensialından tam istifadə edilməsi, bununla bağlı nəqliyyat dəhlizi konsepsiyasının hazırlanması və infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulmuşdur. Bunların icrası istiqamətində Azərbaycan tərəfdən "GUAM nəqliyyat dəhlizinin inkişafı Konsepsiyası" layihəsi işlənib müzakirəyə çıxarılmışdır.
GUAM çərçivəsində üzv dövlətlər arasında daşımaların həcminin artırılması və onların nəqliyyat sistemlərinin beynəlxalq şəbəkəyə inteqrasiyası məqsədi ilə TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin İliçevsk və Odessa limanları vasitəsilə "Vikinq" kombinəedilmiş daşımalar qatarının marşrutuna birləşdirilməsi də Azərbaycan tərəfindən təklif edilmişdir. Hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında