Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Brüsseldə "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin xarici işlər nazirlərinin II iclası keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil etmişdir.
İclasda Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Avropa Sərmayə Bankı, Avropa İttifaqının Regionlar, İqtisadi və Sosial komitələri, həmçinin Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın xarici işlər nazirləri iştirak etmişlər.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sədrliyi ilə keçirilmiş iclasda "Şərq tərəfdaşlığı" proqramının cari vəziyyəti, son bir ildə bu çərçivədə həyata keçirilmiş tədbirlər və gələcək layihələr barədə fikir mübadiləsi aparılmışdır.
İclasda, həmçinin Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin genişləndirilməsində, siyasi assosiasiyanın və iqtisadi inteqrasiyanın sürətlənməsində, siyasi və sosial-iqtisadi islahatların dəstəklənməsində "Şərq tərəfdaşlığı" proqramının strateji əhəmiyyəti vurğulanmışdır. Proqramın ikitərəfli və çoxtərəfli ölçülər çərçivəsində hər bir tərəfdaş ölkə ilə əldə olunmuş nəticələrin təhlili aparılmışdır.
Məruzəçilər "Şərq tərəfdaşlığı" çərçivəsində konkret layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etmişlər. Proqram çərçivəsində layihələrin uğurla həyata keçirilməsi üçün təhlükəsizlik problemlərinin, mövcud olan münaqişələrin tezliklə həllinin əhəmiyyəti vurğulanmışdır. Regional əməkdaşlığın siyasi şəraitin imkan verdiyi hallarda həyata keçirilməsinin mümkünlüyü qeyd olunmuşdur. Bildirilmişdir ki, enerji layihələri, xüsusilə də Cənub Dəhlizi çərçivəsində layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayacaqdır.
İclasda Avropa İttifaqı ölkələri ilə viza rejiminin sadələşdirilməsinin vacibliyi vurğulanmış, bu sahədə ciddi addımların atılması üçün çağırışlar səsləndirilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında