Bəhreyn Krallığının birinci xanımı, şahzadə Sabeeka bint İbrahim əl-Xəlifəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində gördüyü işlər barədə məlumat verilmişdir

Misirin Luksor şəhərində keçirilən insan alverinə qarşı mübarizə üzrə Beynəlxalq forumda iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdindəki Yüksək Texnologiyaların Tədqiqi Mərkəzinin direktoru, professor Sevda Abdullayeva tədbir çərçivəsində Bəhreyn Krallığının birinci xanımı, şahzadə Sabeeka bint İbrahim əl-Xəlifə ilə görüşmüşlər.
AzərTAc-ın müxbiri Qahirədən xəbər verir ki, görüşdə Bəhreynin birinci xanımı və eyni zamanda, ölkəsində Qadın Məsələləri üzrə Ali Şuranın prezidenti olan Sabeeka bint İbrahim əl-Xəlifəyə Azərbaycan haqqında ətraflı məlumat verilmiş, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Qənirə Paşayeva, eyni zamanda, Bəhreyn Krallığının birinci xanımına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın müxtəlif sahələr, o cümlədən mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində gördüyü işlər barədə də geniş məlumat vermişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında