Pakistanın nüfuzlu "Daily İttehad" qəzetində ulu öndər Heydər Əliyevdən bəhs edən məqalə dərc olunmuşdur

Pakistanda urdu və ingilis dillərində nəşr edilən nüfuzlu "Daily İttehad" qəzetinin 13 dekabr tarixli nömrəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar ulu öndərin həyatından və xalqımız qarşısındakı xidmətlərindən bəhs edən "Heydər Əliyev - görkəmli siyasət və dövlət adamı" başlıqlı məqalə dərc olunmuşdur.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, məqalədə ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının yeddinci ildönümü günü - dekabrın 12-də paytaxt sakinlərinin, digər rayon və şəhərlərin nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların Fəxri Xiyabanı ziyarət edərək, xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etdikləri qeyd edilmişdir.
Yazıda vurğulanmışdır ki, Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından keçən illər ərzində görkəmli şəxsiyyətin məzarı Azərbaycan xalqının ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. İnsanlar bura gələrək xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını bildirirlər.
Qəzetdə yazılır ki, qədim mədəniyyətə malik Azərbaycan xalqının yetişdirdiyi dünya şöhrətli siyasət adamı, böyük lider Heydər Əliyev hər zaman xalqı ilə bir olmuşdur. Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsindən sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu cinayətin təşkilatçılarının cəzalandırılmasını tələb etməkdən çəkinməmişdir.
Məqalədə Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması və Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etməsi, habelə ölkədə genişmiqyaslı dövlət quruculuğu tədbirlərinin həyata keçirilməsi barədə oxuculara ətraflı məlumat verilmişdir.
Bundan əlavə, yazıda qeyd olunur ki, dekabrın 12-də Azərbaycanın Pakistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Mərasimdə səfirliyin əməkdaşları, Pakistanda yaşayan azərbaycanlılar, ölkənin tanınmış ictimai xadimləri, jurnalistlər və ziyalılar iştirak etmişlər.
Tədbirdə çıxış edən natiqlər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs etmiş, Azərbaycan xalqına və dövlətinə olan xidmətlərindən danışmışlar. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan natiqlər qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini bildirmişlər.
Mərasimdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.
Sonda mərasim iştirakçılarına ulu öndər Heydər Əliyev haqqında səfirlik tərəfindən nəşr olunmuş kitablar təqdim edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında