Azərbaycan Diplomatik Akademiyasında "Azərbaycan müstəqillikdən sonra" kitabının təqdimat mərasimi olmuşdur

Azərbaycan Diplomatik Akademiyasında (ADA) ABŞ-ın tanınmış Con Hopkins Universitetinin professoru, Orta Asiya və Qafqaz üzrə ekspert Svante Kornelin "Azərbaycan müstəqillikdən sonra" kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev qeyd etmişdir ki, Svante Kornel uzun müddətdir bizim region ilə bağlı araşdırmalar aparır. Onun ilk kitabı bütün Qafqazı əhatə etsə də, son tədqiqat işi sırf Azərbaycana həsr olunmuşdur.
Rektor Hafiz Paşayev bildirmişdir ki, ölkəmiz haqqında yazılan yeni kitab ABŞ-da Azərbaycanla maraqlanan siyasətçilər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün maraqlı mənbə olacaqdır.
Mərasimdə "Azərbaycan müstəqillikdən sonra" kitabının müəllifi Svatne Kornel çıxış edərək bildirmişdir ki, ümumiyyətlə, bugünkü tədbir onun kitabının ilk təqdimat mərasimidir. Müəllif tədbirin ADA-da keçirilməsinin onun üçün xüsusi önəm daşıdığını vurğulamışdır. O, Azərbaycanın müstəqillik yollarında inamla irəliləməsindən məmnun olduğunu bildirmişdir.
"Azərbaycan müstəqillikdən sonra" kitabında Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan cəmiyyəti, ölkəmizin iqtisadiyyatı, daxili siyasi prosesləri, xarici siyasəti barədə məlumatlar yer almışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında